Süleyman Çələbinin “Mövlud” kitabının təqdimatı keçirildi

Süleyman Çələbinin “Mövlud” kitabının təqdimatı  keçirildi
14 iyun 2023
# 14:20

Bakıda keçirilən “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində Türkiyəyə həsr olunmuş gündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş böyük türk mütəfəkkir və təsəvvüf şairi Süleyman Çelebinin “Mevlid” kitabının təqdimatı keçirilib.

Kitab ötən ilin Türkiyə Respublikasında “Süleyman Çelebi İli” elan olunması münasibətilə Fond tərəfindən türkcə və almanca çap etdirilərək, Almaniya, Avstriya, İsveçrə və digər Avropa ölkələrində yayımlanıb. Fondun bu layihəsi Avropa auditoriyasını Türk ədəbiyyatının önəmli simalardan biri olan Süleyman Çələbinin irsi ilə, eləcə də Türkiyənin qədim və zəngin dəyərləri ilə daha yaxından tanış etmək məqsədini daşıyır.

İkidilli nəşrin türkcədən almancaya tərcüməsini K.Herrman Kiehl və Orxan Aras hazırlayıblar.

Kitabın təqdimatında çıxış edən Fondun layihə meneceri Nuri Aksu, bu il 100 illiyi təntənə ilə qeyd olunan Türkiyə Respublikasının şanlı tarixə, qədim dövlətçilik ənənələrinə, mədəniyyətə malik olduğunu qeyd edərək bildirib: “Türk xalqının yetişdirdiyi böyük elm və incəsənət xadimləri, ədəbi şəxsiyyətlər Türk Dünyası ilə yanaşı bütövlükdə bəşər sivilizasiyasına mühüm töhfələr vermişdir. XV əsrin görkəmli Osmanlı şairlərindən olan Süleyman Çelebinin qələmə aldığı “Mevlid” əsəri Türk-İslam mədəniyyətinin yaşadılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsər eyni zamanda türk dilinin qorunub saxlanılmasında, zəngin üslubu ilə yeni nəsillərə çatdırılmasında önəmli rola sahibdir”.

Tədbirdə çıxış edən Fondun əməkdaşı Vəfa Mürşüdlü müasir dövrdə ümumtürk mədəni irsinin qorunmasının və beynəlxalq miqyasda yayılmasının əhəmiyyətindən söz açaraq, təşkilatın bu yöndəki fəaliyyətlərini vurğulayıb: “Türk xalqları sahib olduqları zəngin maddi-mənəvi sərvətləri ilə minilliklərdən bəri dünyanın ən nüfuzlu xalqları sırasında olmuşlar. Nizami, Füzuli, Abay, Yunus Emre, Əlişir Nəvai, Süleyman Çelebi kimi Türk Dünyasının dahi şair və mütəfəkkirləri öz fikir, düşüncə və hikmət xəzinələri ilə ümumdünya ədəbi-mədəni irsində silinməz izlər buraxmışlar. Fond böyük türk şair və yazarlarının əsərlərini fərqli dillərdə nəşr edərək, onların yaradıcılığını müxtəlif ölkələrdə təbliğ edərək, ortaq türk dəyərlərinin geniş auditoriyalara tanıdılmasına töhfə verməkdədir”.

Tədbirin bədii hissəsində Süleyman Çelebinin “Mevlid” əsərindən parçalar səsləndirilib.

Sonda tədbir iştirakçıları Fondun türk dövlətlərinin, eləcə də Türkiyənin mədəniyyətini müxtəlif yönlərdən əks etdirən kitablarının sərgisi ilə tanış olublar.

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

14:17 5 iyul 2025
Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu

13:11 5 iyul 2025
Həyat yoldaşı yanaraq ölən, 20 yaşında adını dəyişən aktyorumuz kimdir?

Həyat yoldaşı yanaraq ölən, 20 yaşında adını dəyişən aktyorumuz kimdir?

12:43 5 iyul 2025
Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"

Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq"

11:30 5 iyul 2025
Uşaq qəlblərinin sevgi fatehi - Misli görünməmiş qadın hünəri

Uşaq qəlblərinin sevgi fatehi - Misli görünməmiş qadın hünəri

10:40 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
#
#
# # #