Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı
1 aprel 2026
# 12:23

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi və dramaturq Seyran Səxavətin 80 illiyi münasibətilə zəngin məzmunlu elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, baza yazıçının yaradıcılıq irsinin sistemli şəkildə toplanması və oxuculara müasir formatda təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Elektron məlumat bazası Seyran Səxavətin çoxşaxəli fəaliyyətini əhatə edən müxtəlif bölmələrdən ibarətdir. Burada ilk növbədə görkəmli şəxslərin yazıçı haqqında söylədikləri dəyərli fikirlər və filologiya üzrə elmlər doktoru, dosent Gülxani Pənahın “Seyran Səxavətin “Seçilməmiş əsərləri”, publisist, musiqi pedaqoqu Şəmsi Qocanın “Sözün Səxavəti”, Əməkdar jurnalist Bahəddin Həzinin “O Seyran Səxavət və bu Seyran Səxavət...” adlı məqalələrin tam mətni yer alır. Yazıçının həyat və yaradıcılıq yolunu əks etdirən “Xronologiya” bölməsi oxuculara onun keçdiyi yolu ardıcıllıqla izləmək imkanı verir.

Məlumat bazasında Seyran Səxavətin əsərləri, dövrü mətbuatda dərc olunmuş yazıları, məqalələri və müsahibələri geniş şəkildə təqdim olunur. Bununla yanaşı, onun tərcüməçilik fəaliyyəti, redaktə etdiyi kitablar və “Ön söz” yazdığı nəşrlər də ayrıca bölmələrdə toplanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada yazıçı haqqında qələmə alınmış kitab və məqalələr, həmçinin elmi tədqiqatlar – dissertasiya və avtoreferatlar da yer alır. Bu bölmələr Seyran Səxavətin yaradıcılığının elmi müstəvidə necə araşdırıldığını və dəyərləndirildiyini nümayiş etdirir. Bundan əlavə, bazada izomateriallar və ədibin türk, ingilis, rus, polyak, rumin, gürcü, altay dillərində nəşr edilən əsərlərinin siyahısı da təqdim edilib.

Elektron məlumat bazasında “Foto və videoqalereya” bölmələri də diqqəti cəlb edir. Bu bölmələr vasitəsilə oxucular yazıçının həyatından müxtəlif anları, “Virtual sərgi” bölməsi vasitəsilə isə yazıçının kitablarını vizual şəkildə izləyə bilərlər.

“Dramaturq Seyran Səxavət 80” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1112 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər