Görkəmli niderlandlı rəssam Vinsent Van Qoqun 1890-cı ildə çəkdiyi və təxminən 60 ildir ictimaiyyətə təqdim olunmayan "Gül açan şabalıd ağacları" əsəri Honkonqda nümayiş olunub.
Kulis.az xəbər verir ki, tablo noyabrın 18-də Nyu-Yorkda hərraca çıxarılacaq.
Əsərin təxminən 180 milyon dollara satılacağı gözlənilir ki, bu da rəssamın 2022-ci ildə 117,2 milyon dollara alıcı tapan "Sərvlərlə meyvə bağı" əsərinin rekordunu təzələyə bilər.