Şəhid jurnalistlərə həsr edilmiş filmin təqdimatı oldu

Şəhid jurnalistlərə həsr edilmiş filmin təqdimatı oldu
29 iyul 2025
# 15:36

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş film Mərkəzi Elmi Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunda ictimaiyyətə təqdim olunub.

Kulis.az xəbər verir ki, ekran əsərinin təqdimatı Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə reallaşıb.

Mərasimdə Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, BDU-nun Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının professoru Sevil Həsənova, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru Asif Rüstəmli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova, AzTV-nin Beynəlxalq Radiosunda proqram rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Atamoğlanova, Fondun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva çıxış edərək xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan jurnalistlərin mediadan döyüş cəbhəsinə uzanan ömür yolundan söz açıblar.

Zəfərimizin memarı olan vətən övladlarının xatirəsi işığında Kaşqari Fondunun təşəbbüsü ilə mütəmadi keçirilən belə anım tədbirlərinin gəncliyimiz üçün böyük əhəmiyyətini diqqətə çatdıran Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova mənəvi dəyəri böyük olan bu işləri ərsəyə gətirənlərə iştirakçılar adından minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, bu, Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında baş tutub. Məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətən qarşısında peşə məsuliyyətinin və vətəndaşlıq borcunun müqəddəsliyini aşılamaq, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir.

Sonra ekran əsəri təqdim olunub.

Filmdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Milli qəhrəmanlar Çingiz Mustafayevin, Salatın Əsgərovanın, döyüşlərdə həm qələmi, həm silahı ilə vuruşan Kazımağa Kərimovun, Qarakənd faciəsində şəhid olan Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazovun, 44 günlük müharibədə şəhid olan Azad Azərbaycan Televiziyasının əməkdaşı Davud Qurbanovun, işğaldan azad olan kəndlərimizi, şəhərlərimizi qarış-qarış, addım-addım gəzərək ermənilərin törətdiyi vəhşilikləri sənədləşdirən fədakar jurnalist, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin əməkdaşı Sirac Abışovun şəxsində şəhidlərimizin ömür yolu işıqlandırılıb.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu

Gənclər Gününə həsr olunmuş sərgi istifadəçilərə təqdim olundu

18:40 2 fevral 2026
“Nəsillərin dialoqu”  adlı yeni layihə təqdim olundu

“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu

18:00 2 fevral 2026
“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olundu

“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olundu

17:32 2 fevral 2026
Televiziyalardakı  "ailəvi reklam paketləri" - Efirlər niyə çəpərdibinə  dönüb?

Televiziyalardakı "ailəvi reklam paketləri" - Efirlər niyə çəpərdibinə dönüb?

15:35 2 fevral 2026
ABŞ-nin birinci xanımı haqqında film son illərin ən uğurlu sənədli layihəsi  ola bilər

ABŞ-nin birinci xanımı haqqında film son illərin ən uğurlu sənədli layihəsi ola bilər

13:50 2 fevral 2026
İTV Yayım Şurasına yeni üzvlər seçildi

İTV Yayım Şurasına yeni üzvlər seçildi

13:41 2 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər