Rəngləri danışdıran adam - rəssam İbrahim Safi haqqında

Rəngləri danışdıran adam - rəssam İbrahim Safi haqqında
31 yanvar 2025
# 11:43

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı jurnalist, Milli Mədəniyyətin Təbliği İB-nin rəhbəri Jalə Cəfərovanın "Rəngləri danışdıran adam" kitabı və filmi kimdən bəhs edir?" yazısını təqdim edir.

1898-ci ildə Naxçıvanın Şərur rayonu indiki Cəlilkənddə bir oğul uşağı dünyaya gəlir. Adını Rəhman qoyurlar (Türkiyəyə mühacirət etdikdən sonra 1923-cü ildə MK Atatürkün dini adların ləğv olunması ilə bağlı məlum qərarına əsasən Rəhman adı İbrahimlə əvəz olunur).

Soy kökləri Şah İsmayıl Xətaiyə bağlı olan bu sanballı şəcərənin bu gün də adını qürurla çəkdiyimiz böyük şəxsiyyətləri olub. Tağıbəy Səfiyev Qars müqaviləsinin imzalanmasında tanınan, babası Nəsurulla xan ermənilərə göz-işıq verməyən, Abdürrəhim bəy Fətəlibəyli-Düdənginski kimi şəxsiyyətləri misal çəkmək olar. Çağdaş dövrümüzdə də bu nəsil neçə-neçə alim, rəssam, döyüşçü adlarıyla tanınır və sevilir. İbrahim bəyin bacısı nəvəsi İbrahim (16 fevral 1994) torpaqlarımız uğrunda gedən müharibədə iştirak edərək şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra Milli Qəhraman adına layiq görülüb.

İbrahim öncə İrəvanda Müəllimlər Sseminariyasında təhsil alır, sonra Rusiyada rəssamlıq məktəbində. Ancaq 1917-ci ildə başlanan inqilab onu vətənə dönməyə məcbur edir.

Az sonra erməni daşnaklarının hücümuna məruz qalan Naxçıvan xalqı silahlanır. İbrahim bizə köməyə gələn Nuru Paşanın ordusuna könüllü yazılır. Daha sonra Qafqaz İslam Ordusu sıralarına qoşulur və zabit kimi döyüşür. 1920-ci ildə rus imperializmi vətənimizdə bayraq qaldırandan sonra İbrahim Türkiyəyə mühacirət edir və nə qədər cəhd etsə də, vətənə dönə bilmir. İbrahim Safi 85 yaşında 100-cü sərgisi ərəfəsində 1983-cü ildə İstanbulda vəfat edir.

Mən Jalə Cəfərova bir araşdırmaçı jurnalist olaraq bir konfransda onun haqqında eşitdim və sözün həqiqi mənasında sarsıldım. Sən demə, İbrahim Safinin kimliyində dünyasını dəyişənə qədər Zakafkazlardan gələn biri kimi qeyd olunub. Bu məni çox üzdü və ordaca söz verdim ki, bu rəssamı tədqiq edib Azərbaycanda - rəssamın öz doğma vətənində tanıdacam.

İşə başladım. Eyniadlı kitab və filmdə Türkiyənin və Azərbaycanın tanınmış rəssamları, İbrahim bəyi tanıyan, onunla ünsiyyətdə olan insanlardan müsahibələr aldım. İbrahim Safinin ən böyük özəlliyi odur ki o 1924-25-ci illərdə Mk Atatürkü birəbir qarşısında əyləşərək şəklini çəkib. Dünyasını dəyişməsindən 43 il keçməsinə baxmayaraq Fransada, Yunanıstanda əldə etdiyim arxiv materialları və bu günki axtarışlarım deməyə əsas verir ki, rəssamın əsərləri bu gün də auksionlarda yüksək məbləğə satılır. Kitabda rəssamın əsərlərindən və arxiv materiallarından istifadə olunub.

Kitab və film 2023 cü ildə Kıbrısda Tükiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Uluslararası Şiir Müzik Festivalında Mustafa Kamal Atatürk medalına layiq görülüb.

Filmin xronometrajı 55 dəqiqədir.

Mən axtarışlarımı hələ də davam etdirirəm. Bir il ərzində 1-ci kitabdan sonra daha iki (həcmcə kiçik) kitab: "Rəngləri solmayan rəsmlər" və "İşıq adam" kitablarını nəşr etdirdim.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

14:42 31 yanvar 2025
Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd

Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd

13:02 31 yanvar 2025
"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

12:28 31 yanvar 2025
Məşhur serialın yeni mövsümü başlayır - Tarix

Məşhur serialın yeni mövsümü başlayır - Tarix

11:55 31 yanvar 2025
Zaman evinin dalı - Həmid Piriyev

Zaman evinin dalı - Həmid Piriyev

11:45 31 yanvar 2025
Məşhur tarixçi saxlanıldı - Prezidenti təhqir etdiyinə görə

Məşhur tarixçi saxlanıldı - Prezidenti təhqir etdiyinə görə

10:30 31 yanvar 2025
#
#
# # #