Xalq artisti ilə görüş keçirildi

Xalq artisti ilə görüş keçirildi
16 yanvar 2025
# 09:22

Yanvarın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, professor, xanəndə Mələkxanım Eyubova ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində baş tutmuş tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı şəhəri üzrə baş məsləhətçisi Rəfail Tağızadə iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, Bakı şəhəri ilə yanaşı regionlarda olan gənc istedadların da aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.

Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti həyat və yaradıcılığından bəhs edib, muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparıb.

Tədbirdə Mələkxanım Eyubova və onun tələbələri Rəna Mehrəliyeva, Əvəzxan Əzizov və Teymur Əzizlinin ifasında musiqi nömrələri təqdim olunub. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Vüsal Qasımov (tar), Anar Yusub (kamança) müşayiət ediblər.

Ustad dərsi formatında keçən görüşdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin 4-cü sinif şagirdi Zəhra Baxışova (müəllim: Nanə Qayıbova, müşayiət: Kənan Əliyev – tar, Nəzrin Cəfərzadə – kamança, Baxış Binyətov – balaban, Eldar Kərimov – nağara) və Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin 2-ci sinif şagirdi Dəniz Bağıyevin ifasında (müəllim: Bayram Hüseynağalı, müşayiət: Kənan Əliyev – tar, Ruhid Allahverdiyev – kamança, Baxış Binyətov – balaban, Eldar Kərimov – nağara) təsniflər səsləndirilib.

Tədbirdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.

# 3488 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər