Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi

Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi
31 yanvar 2025
# 09:29

Moskvada, Dövlət Kreml Sarayında görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi münasibəti ilə “Yeddi not” adlı konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, konsertdə Azərbaycanın və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlu yaradıcılığının pərəstişkarları iştirak ediblər. Yubilyarı təbrik etmək üçün səhnəyə Rusiyanın Xalq artistləri Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov, Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Azərbaycan Dövlət Rəqs Ansamblı, dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Akademik Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi Orkestri, Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yefim Şvıdkoy və başqaları çıxıblar.

Çıxışlarda qeyd olunub ki, Polad Bülbüloğlu təkcə müğənni və bəstəkar deyil, bütöv bir dövrün simvoludur. Onun mahnıları nəsilləri birləşdirən, milli musiqimizi zənginləşdirən bir mirasdır. Kreml Sarayında keçirilən bu möhtəşəm yubiley konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxaraq bu gün də sevilir. O, öz unikal yaradıcılığı və bitməyən enerjisi ilə insanları ruhlandırmağa davam edir.

Polad Bülbüloğlu tamaşaçıları uzun illərdir dinləyicilərin qəlbini fəth edən melodik mahnıları və bənzərsiz ifa tərzi ilə sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”, “Mənim Azərbaycanım”, “Liderin ürəyi”, “Gəl, ey səhər”, “Zəng et” və digər mahnıları səslənib.

Hər bir mahnı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Polad Bülbüloğlunun əvəzolunmaz ifası və məlahətli səsi illər öncəki kimi güclü səslənib və bir daha həqiqi istedadın zamanın təsirinə məruz qalmadığını sübut edib. Bəstəkarın dostları və məşhur səhnə adamları sənətkarı səhnədən təbrik edərək onunla birlikdə oxuyublar.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzundərə”, “Cəngi”, “Sarı gəlin” rəqsləri gecəyə xüsusi ab-hava qatıb.

Gecənin sonunda tamaşaçıların gur alqışları altında sənətkara çiçək dəstləri təqdim olunub. Azərbaycan sənətçisinin konserti Moskvanın mədəni həyatında mühüm hadisələrdən birinə çevrilib və Polad Bülbüloğlu musiqisinin təkcə Azərbaycan üçün deyil, dünya musiqi mədəniyyəti üçün də dəyərli bir irs olduğunu göstərib.

# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər