“Molla Nəsrəddin - çətin günlərimin dostu” - Yeni layihə

“Molla Nəsrəddin - çətin günlərimin dostu” - Yeni layihə
30 yanvar 2025
# 13:20

Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib. Söhbət türkdilli ölkələrin iştirakı ilə mürəkkəb quruluşlu bir filmin çəkilişlərindən gedir.

6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin - çətin günlərimin dostu” adlı filmin çəkilişləri artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.

Kulis.az xəbər verir ki, Qırğızıstanda çəkilişlər həyata keçirilib. Növbəti çəkilişlər Türkiyədə, Qazaxıstanda və Özbəkistanda planlaşdırılır.

Rejissorun dediyinə görə, təşəbbüs Azərbaycandan irəli sürülüb.

Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsi ilə bir araya gətirmək, yəni birlik ideyası dayanır.

Bəs Azərbaycanda çəkilişlər nə vaxt olacaq? - sualına Vaqif Mustafayev cavab verib ki, “Azərbaycanfilm” kinostudiyanın böyük pavilyonu hal-hazırda məşğuldur, boşaldılmasını gözləyirik: “Yarım il əvvəl çəkilişlərə başlamışıq. Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora arendaya götürülüb və dekorlar qurulub, çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiyanı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.

# 2978 dəfə oxunub

Oxşar xəbərlər

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər