"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?
27 dekabr 2025
# 12:40

Bu gün görkəmli türk şair, tərcüməçi, siyasətçi Mehmet Akif Ərsoyun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Mehmet Akif Ərsoy Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının(ŞKTR) "İstiqlal Marşı"nın müəllifidir. "Vətən şairi" və "Milli şair" ünvanları ilə tanınır.

"İstiqlal Marşı" ilə yanaşı, Çanaqqala dastanı, Bülbül və 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən "Safahat" ən dəyərli əsərlərindəndir.

İkinci Məşrutiyyət dönəmindən bəri Sırat-ı Müstakim (sonradan Sebilür-Reşad kimi tanınır) jurnalının baş redaktoru olub, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə millət vəkili olaraq Birinci Dövr Böyük Millət Məclisində iştirak edib.

Şairin doğum zamanı adı Mehmet Raqif olub. “Akif” adını sonradan özü seçib. “Akif” sözü ərəbcə “ibadətə bağlı, düşüncəyə dalan” mənasını verir.

Atası Tahir Efendi Kosovonun İpek (Peja) bölgəsindən olan alban, anası Emine Şerife Hanım isə Buxara mənşəli idi. Bu çoxmədəniyyətli ailə mühiti onun dünyagörüşünə ciddi təsir göstərib.

Mehmet Akif Baytar Məktəbini bitirib, uzun illər Osmanlı dövlətində baytar-inspektor kimi çalışıb.

Anadolu səfərləri zamanı xalqın sosial problemlərini yaxından müşahidə edib.

O, poeziyada süni bəzəkdən uzaq durub küçə dili, məscid moizələri və xalq danışıq üslubunu şeirə gətirib.

Bu, onu klassik divan ədəbiyyatından kəskin şəkildə fərqləndirirdi.

Ən məşhur əsəri sayılan "Safahat" əslində 1908–1933 illəri arasında nəşr olunan 7 ayrı kitabdan ibarət şeir külliyyatıdır və dövrün sosial-siyasi mənzərəsini əks etdirir.

Türkiyə Böyük Millət Məclisi tərəfindən "İstiqlal Marşı" üçün nəzərdə tutulan 500 lirəlik mükafatdan “millətin müqəddəs mübarizəsi üçün yazılan şeirə pul olmaz” deyərək imtina edib.

Türkiyə himninin müəllifi olsa da, “millətindir” deyib. Mehmet Akif "İstiqlal Marşı"nı heç vaxt şəxsi əsəri hesab etməmiş, “Bu marş bir daha yazılmasın” deyərək onun yalnız bir dəfəlik, tarixi bir ilhamın məhsulu olduğunu vurğulayıb.

1925-ci ildən sonra siyasi səbəblərlə Misirin Qahirə şəhərinə gedib, burada universitetdə türk dili və ədəbiyyatı dərsləri verib.

Qurani-Kərimin türkcə tərcüməsini yandırıb. Dövlət sifarişi ilə hazırladığı sözügedən tərcümənin siyasi məqsədlərlə istifadə olunacağından ehtiyat edərək əlyazmanı öz iradəsi ilə məhv etdiyi deyilir.

Sirroz xəstəliyinə tutularkən hava dəyişikliyi yaxşı gələcək deyə əvvəlcə Livana, daha sonra Antakyaya gedib, ancaq Misirə xəstə olaraq dönüb.

17 iyun 1936-cı ildə müalicə üçün İstanbula qayıdıb.

27 dekabr 1936-cı ildə İstanbulda, Bəyoğlundakı Misir binasındakı mənzilində vəfat edib. Ədirnəqapı məzarlığında dəfn edilib. İki il sonra, məzarı universitet tələbələri tərəfindən düzəldilib.

1960-cı ildə məzarı yol inşası səbəbiylə Ədirnəqapı şəhid məzarlığına köçürüldü. Məzarı Süleyman Nazif və dostu Əhməd Naim bəyin məzarları arasındadır.

# 125 dəfə oxunub

Oxşar xəbərlər

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

14:15 27 dekabr 2025
Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

13:30 27 dekabr 2025
"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

12:20 27 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
Tənqidimizin vicdanı Məmməd Arif  - Tələbəsi Kamal Talıbzadə onu necə  xarakterizə edirdi?

Tənqidimizin vicdanı Məmməd Arif - Tələbəsi Kamal Talıbzadə onu necə xarakterizə edirdi?

12:00 27 dekabr 2025
Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası  hədiyyə edildi

Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası hədiyyə edildi

11:30 27 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər