Kitab sərgisi

Onlar bu dahiyanə əsərləri xəstə yatarkən yazıblar - Siyahı

Onlar bu dahiyanə əsərləri xəstə yatarkən yazıblar - Siyahı
7 may 2020
# 18:29

Artıq neçə vaxtdır dünyanı koronovirus cənginə alıb. Hər kəs korona günlərində evinə sığınıb, kimisi kitab oxuyur, kimisi filmə baxır… Yaradıcı adamlar isə yazı-pozu ilə məşğuldur. Elə yazıçılar da olub ki, onlar xəstə olduqları vaxt qələmə sarılıblar və ən yaxşı əsərlərini yazıblar.

Kulis.az xəstə zamanı yazılan ən məşhur 5 romanı təqdim edir.

Villiam Şekspir – Maqbet

Şekspir haqqında 10 maraqlı fakt

1606-cı illərdə Vəba İngiltərədə yayılmışdı. Həmin illərdə Londonda küçəyə çıxmaq qadağası qoyulmuşdu, əyləncə yerləri bağlanmışdı. Yoluxma olan evlərin qapısına qırmızı xətt qoyulurdu. Təbii ki, teatrlar da öz işinə ara vermişdi. O illərdə Şekspir “Maqbet”i, “Kral Lir”i yazmışdı, amma vəba ucbatından səhnəyə qoyula bilmirdi.

Marsel Prust – “İtirilmiş zamanın sorağında”

Марсель Пруст и Анри Бергсон. Лекция. — JEvents Москва

Dünyanın ən məşhur əsərlərindən biri. 7 kitabdan (“Svannların Tərəfi”, “Çiçək Açmış Gənc Qızların Kölgəsində”, “Guermantes Tərəfi”, “Sodom ve Gomorrah”, “Məhbus”, “İtkin Albertine”, “Yaxalanan Zaman”) ibarət “İtirilmiş zamanın sorağında”… Pnevmaniya xəstəliyinə tutulan Marsel Prustun həyatında zövq alacağı tək şey yazmaq idi. Və o bu xəstəliyi bu məşhur əsərini yazaraq ovudurdu.

Franz Kafka – “Aclıq sənətkarı”

Franz Kafka Google Doodle Channels The Metamorphosis | PCMag

Bildiyiniz kimi, Kafka vərəmə mübtəla olmuşdu. O zaman Maks Broda əsərlərinin bir qismini yandırmağı tapşırmışdı. “Aclıq sənətkarı” hekayəsi onun vərəmli vaxtlarında təzədən üstünə qayıtdığı əsəridir. Hekayə cəmiyyətdən arınan və aclığa tərk olunan bir sənətkar haqdadır.

Corc Oruel – “1984”

Corc Oruel: Ədəbiyyatın qarşısının alınması

Yoldaşının ölümündən sonra dostu və redaktoru Devid Astorun təklifiylə Jura adında bir Şotland adasına gedir və hər şeyi unutmaq, kədərdən uzaqlaşmaq istəyir. Bura sivilizasiyadan kənar, poçtun belə olmadığı yer idi. Yalnız radio ilə xəbərlərdən halı olmaq olurdu. Ancaq bura Oruellin xoşuna gəldi və onda yaradıcı eşqi alovlandı. Elə bu yaradıcı eşqi güclənən vaxtlarda hardasa ölümünə səbəb olacaq bir qəza keçirdi. Adada qayıqla səyahət edərkən qəfil suya düşmüşdü. Buz kimi dondurucu suda özündə güc tapıb üzməyə başlayan Oruel boğulmaqdan canını qurtardı. Ancaq soyuq öz işini görmüşdü. Buz kimi soyuqluq ağciyərlərində şok effekti yaratdı. Və bunun ardınca tez-tez öskürmək illətinə tutuldu. Yaşadığı bu ağrılara baxmayaraq, heç kimdən kömək istəmədi, yardım təkliflərini rədd etdi. Ən sonda həkimə getməyə razılıq verdi. Diaqnoz qoyuldu: xroniki ağciyər tüberklyozu. “1984” romanı bütün bu ağır durumlara baxmayaraq, ciddiyyətlə yazıldı. Oruel deyirdi ki, hər şey yaxşı gedir, bircə onun sağlığından başqa. Romanı bitirəndən sonra xəstəxanada yatdı və yaz günlərinin birində vəfat etdi.

Nikolay Ostrovski – “Polad necə bərkidi”

Николай Островский в кратком изложении

Ağır iflic onu yatağa salmışdı. Gözləri tutulmuşdu. Buna baxmayaraq, “Polad necə bərkidi” romanını ortaya qoymağa müəyəssər olur. Romanı diktə edərək yazır. Müəllif romanın qəhrəmanı Pavel Korçaginin timsalında özünün amansız xəstəliklə mübarizəsini, taleyini, faciəsini qələmə alıb.

# 5560 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər