Mozaikaların bərpası davam edir - Foto

Mozaikaların bərpası davam edir - Foto
13 may 2025
# 12:25

Bakıda mozaikaların bərpası davam edir.

Kulis.az xəbər verir ki, Bakının bir sıra rayonlarındakı bəzi bina və parkları bəzəyən, xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan mozaika kompozisiyaları mövcuddur.

Qeyd edilib ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə işlər həyata keçirilib, bir sıra ünvanlarda bu mozaikalar bərpa olunub.

Aparılan bərpa işləri artıq Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən müəssisənin qarşısında və Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsindəki Suraxanı Dəmiryolu keçidinin qarşısında yekunlaşıb.

Hazırda işlər digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır.

# 1271 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər