Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu
27 noyabr 2024
# 09:38

İntellektual Qeyri-Bədii Ədəbiyyatın Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il dekabrın 5-dən 8-dək Moskvada Beynəlxalq Ədəbiyyat Forumu keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirin proqramına müasir ədəbiyyatın və nəsrin ən aktual mövzularına, milli ədəbiyyatın və tərcümə sənayesinin inkişafı, ədəbi təhsilin problemləri, yazıçılar birliklərinin fəaliyyəti, xaricdə və Rusiyada mədəni həyatın digər aspektlərinə həsr olunan 16 panel müzakirəsi daxildir.

Təşkilatçıların sözlərinə görə, Forumun məqsədi beynəlxalq mədəni əlaqələri gücləndirmək və müxtəlif ölkələrin yazıçıları və ədəbi icmaları arasında dialoq qurmaqdır. Bu məqsədlə tədbirdə ədəbiyyat və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Əsas müzakirə mövzuları yazıçının müasir cəmiyyətdəki mövqeyi, media və nəşriyyat fəaliyyətindəki rolu, eləcə də bədii tərcümə sənayesinin üzləşdiyi problemlər olacaq.

Tədbirdə müxtəlif ölkələrdən 50-dən çox yazıçının iştirak edəcəyi gözlənilir.

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər