Əfsanəvi pop müğənnisi Maykl Ceksonun televiziya tarixinə damğa vuran 1993-cü il "Super Bowl" şousundan bəhs edən sənədli film çəkiləcək.
Kulis.az xəbər verir ki, "Hulu" və "ESPN" platformalarının birgə istehsalı olan "Spectacle: Michael Jackson at the Super Bowl" adlı ekran işi gələn ilin fevral ayında yayımlanacaq.
Bao Nguyenin rejissorluğu ilə ərsəyə gətirilən film Ceksonun indiyədək nümayiş olunmayan arxiv kadrlarını əks etdirir.
1993-cü ildə "Jam", "Billie Jean", "Black or White" və 3 min uşağın xorla müşayiət etdiyi "We Are the World" ifaları ilə "Super Bowl" reytinqlərini alt-üst edən bu unikal performansın şounu necə qlobal fenomene çevirdiyi xronoloji ardıcıllıqla təqdim olunacaq.