1973-cü ildə çəkilən və sonradan kult filmə çevrilən "The Wicker Man" ekran əsərinin tarixçəsi yeni sənədli filmdə yenidən araşdırılır.
Kulis.az xəbər verir ki, rejissor Robin Hardinin oğulları Castin və Dominik Hardinin hazırladığı "Children of the Wicker Man" filmi məşhur qorxu filminin çətin istehsal tarixçəsini və ailədə yaşanan ağrılı münasibətləri üzə çıxarır.
Filmin ilk vaxtlarda kommersiya uğursuzluğuna uğraması, sonradan isə kult statusu qazanması da sənədli filmin əsas mövzularındandır. Film Britaniya kinoteatrlarında oktyabrın 23-dən nümayiş olunacaq.