Məhkəməni uduzan Müşfiq: "Hakim ədalətsiz qərar verdi"

Məhkəməni uduzan Müşfiq: "Hakim ədalətsiz qərar verdi"
11 mart 2023
# 14:25

Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib.

Kulis.az xəbər verir ki, bu barədə aktyor daha bir açıqlama yayıb. O bildirib ki, dəvət etdiyi şahidləri hakim qəbul etməyib:

"Üç il sonra bu adamlar məni məhkəməyə veriblər. Verilən avansı geri istəyirlər. Adını da qoyublar ki, həmin vaxt Müşviqə demişik, lakin çəkilməkdən imtina edib. Bunu niyə 3 il əvvəl yox, indi deyirlər? Əllərində səsli və ya yazılı ismarıc kimi heç bir sübut yoxdur. Deyirlər ki, Müşviqə zəng etdik, gəlmədi, filmə çəkilmədi.

Məhkəməyə sübutlarımı, 2022-ci ildə Cəfər Axundzadənin mənə göndərdiyi səsli mesajını təqdim etmişəm. Orada mənə deyir ki, "Müşviq, pandemiyaya görə təxirə düşdü, İnşallah, çəkəcəyik". Hakim Ülkər Həsənova bunların hamısına qulaq asdı və ədalətsiz qərar verdi. Qarşı tərəfin şahidləri yox idi, mənim isə şahidlərimi hakim içəri buraxmadı ki, müqavilələri yoxdur. Cəfər Axundzadə ilə işləyən insanlar mənə dəstək olmaq üçün gəldilər ki, haqq-ədalət var, sənə görə orada iş dayanmayıb. Səni filmə çəkmək söhbəti olmayıb, onlar səni şərləyirlər. Amma məhkəməni onlar qazandı. İnşallah ümid edirəm ki, apellyasiyada Ülkər Həsənova kimi ədalətsiz qərar verən hakimlə qarşılaşmayacağam. Cəfər Axundzadəni də, məni də hamı tanıyır. O insan haqda saytlarda yazılar da var. Nə qədər insanların pulunu kəsib, hamısını bilirlər".

Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib.

# 3595 dəfə oxunub

Oxşar xəbərlər

"The Mayhem Ball" başladı

"The Mayhem Ball" başladı

16:35 28 aprel 2025
İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

İranla qarşılıqlı mədəniyyət günləri keçiriləcək

16:15 28 aprel 2025
Bahəddin Həzi - 60

Bahəddin Həzi - 60

14:30 28 aprel 2025
Heydər məscidinə memarlıq abidəsi statusu verildi

Heydər məscidinə memarlıq abidəsi statusu verildi

14:15 28 aprel 2025
Əsrin vampirləri – Nərgizlər kimdir?

Əsrin vampirləri – Nərgizlər kimdir?

14:00 28 aprel 2025
Fidan Qafarov vəfat edib

Fidan Qafarov vəfat edib

14:00 28 aprel 2025
# # #