KVN-in aktyoruna Azərbaycandan çıxış qadağan edilir

KVN-in aktyoruna Azərbaycandan çıxış qadağan edilir
18 oktyabr 2024
# 15:25

Tanınmış aktyor və blogger Emil Musayev məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.

Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.

Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, aktyor, ssenarist, blogger və aparıcı Musayev Emil Vurğun oğlu "Planet Parni iz Baku" KVN teatrının aktyorudur. O, “Bəxt üzüyü 2”, "Məhəllə 3", “Qapı” və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə, medalları ilə təltif edilib. Lent.az

# 1588 dəfə oxunub

Oxşar xəbərlər

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər