Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görüldü

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görüldü
7 may 2024
# 10:40

Türkiyənin İzmir şəhərində keçirilən “Qızılalma” Beynəlxalq Turan Film Festivalında Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) “Kino sənətinə töhfə” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, ARKA-nın Türk dünyası ilə müştərək layihələrə başlaması, müxtəlif layihələrin dəstəklənməsində birbaşa iştirakı festivalın təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib. Son vaxtlar Kino Agentliyi türkdilli dövlətlərdə keçirilən müsabiqə və festivallarda yaxından iştirak edir. Türk dünyasında baş verən mədəniyyət hadisələrinə ARKA öz töhfəsini verir. Hər il müxtəlif dövlətlərdə keçirilən 3-cü “Qorqud Ata” Türk Dünyası Film Festivalının təşkilatçılığından sonra ARKA Türk dünyasını birləşdirən müxtəlif kino layihələrin və festivalların təşkilinə dəstək verməkdədir.

“Qızılalma” Beynəlxalq Turan Film Festivalının TÜRKSOY və ARKA tərəfindən dəstəklənməsi bu istiqamətdə növbəti tədbirlərdən biridir. Artıq ARKA “Qızılalma” festivalını Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirməsini planlaşdırır.

Digər tərəfdən Türk dünyasının kino bazarı Azərbaycan film istehsalçıları üçün də müəyyən maraq kəsb edir. Azərbaycanın bəzi şirkətləri yerli bazarla bərabər digər türkdilli ölkələrin bazarına girməyi düşünür. Bu istiqamətdə agentliyin bir neçə filmi Qazaxıstan, Türkiyə bazarında nümayiş olunsa da, müəyyən problemlər ucbatından bu proses yarımçıq qaldı. Kino Agentliyi bu problemlərin aradan qaldırılması üçün yerli filmlərin xarici dillərə alt yazı və səsləndirmə ilə tərcüməsini həyata keçirməyi planlaşdırır. Son illərin əlaqələrini gözdən keçirsək görərik ki, artıq ARKA üçün yeni kino bazarı təkcə Azərbaycanla məhdudlaşmır, yeni hədəflər, yeni kino bazarı ortaq dilə mənsub olan Türk dünyasıdır.

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir

10:22 24 fevral 2026
Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

Otuz səkkiz il sonra vətənə qayıdan mühacir - Canlar Lənkəranlının həyat hekayəsi

10:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər