"Gəncliyin sözü" kitabı təqdim olundu

"Gəncliyin sözü" kitabı təqdim olundu
21 aprel 2022
# 18:20

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Hümbətova, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt bölməsinin sədri Şahin Şəfiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sevinc Qasımova, "Gəncliyin sözü" kitabında yaradıcılıq nümunələri yer alan müəlliflərdən Anar Adil, Tural Turan, Ümid Nəccari, Elvin Əlizadə, Bahəddin Salman, Vüsal Yurdoğlu, Əsmər Hüseynxan, Gülnar Ümid, Rizvan Fikrətoğlu, Müşfiqə Baləddinqızı, Günel Balakişi, Çinarə Ömray, Təbrizdən gələn şair Çalğın Məhəmməd, DGTYB-nin üzvü Aygün Yaşar, kitabın tərtibçilərindən olan Elvin İntiqamoğlu və oxucular iştirak ediblər. Tədbir ziyalıların çıxışları, müəlliflərin və digər ədəbiyyat nümayəndələrinin səsləndirdikləri maraqlı nümunələrlə zəngin keçib. Layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar layihənin önəmindən, gənc yazarlarla oxucular arasında bu cür tədbirlərin vacibliyindən söz açıb. Qarşıdakı təqvimlərdə təşkilatın Sumqayıt şəhərində bir çox ədəbi layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib. Tədbirin sonunda təşkilatçılara Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları təqdim olunub, birlikdə xatirə fotosu çəkilib.

# 2540 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər