Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti
16 iyun 2026
# 13:14

Xalq artisti Flora Kərimovanın səhhətində müsbət dinamika müşahidə olunur və o, yaxın günlərdə evə buraxıla bilər.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın vəziyyəti hazırda yaxşıdır və artıq qidalanmasına başlanılır:

"İndiyə qədər yoğurt yeyirdi. Bu gündən etibarən həkimlər ona yemək verməyə başlayacaqlar, hələlik şorba ilə qidalanacaq. Özüm də onunla danışmışam. Danışır, gülür, əhvalı yaxşıdır".

Yaqut İmanova son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Flora xanımın vəziyyəti ilə bağlı məsələ bir qədər şişirdilib. Biz hər il müayinə üçün xəstəxanaya müraciət edirik. Bu dəfə də planlı müayinə zamanı müəyyən problemlər aşkarlandı və həkimlər tam müayinə üçün onun bir neçə gün xəstəxanada qalmasını məsləhət gördülər. Dünən oxudum ki, guya Flora xanım komaya düşüb və qızı da bunu təsdiqləyib. Belə bir şey olmayıb axı. Qızının gəlməsi əvvəlcədən planlaşdırılmışdı. O, hər yay övladı ilə birlikdə gəlir. Sadəcə, bu dəfə Flora xanımın xəstəxanaya yerləşdirilməsi ilə onun gəlişi eyni vaxta təsadüf etdi. Biz iyunun 9-da xəstəxanaya getmişdik, qızı isə iyunun 12-də gəlib".

Y.İmanovanın sözlərinə görə, Flora Kərimovanın bütün tibbi göstəricilərində dünəndən yaxşılaşma müşahidə olunur:

"Bu gün Flora xanımın bütün tibbi göstəriciləri dünənlə müqayisədə daha yaxşıdır. Həkimlər bildiriblər ki, vəziyyət bu templə davam edərsə, 1-2 günə evə buraxılması mümkün ola bilər".

Qeyd edək ki, F.Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər