Fəxrəddin Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” adına layiq görülüb

Fəxrəddin Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” adına layiq görülüb
4 fevral 2025
# 10:37

İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Beynəlxalq teatr” mükafatı sahiblərinə təqdim edilib. TÜRKSOY-un “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mükafatına Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov layiq görülüb.

Kulis.az xəbər verir ki, İstanbulun Mask-Kara Teatrının “Tamer Levent” səhnəsində Türkiyənin “Tiyatro” qəzeti tərəfindən təsis edilən X Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un müxtəlif nominasiyalar üzrə “Beynəlxalq teatr” mükafatları sahiblərinə təqdim olunub.

F.Manafovla yanaşı Qazaxıstan yazıçısı Duman Ramazan “Türk dünyasının ən yaxşı dramaturqu”, Qırğızıstanın İssıqlıgöl vilayəti Kasımali Jantoşev adına Musiqili Dram Teatrının rejissoru Ulanmırza Karıpbayev “Türk dünyasının ən yaxşı teatr rejissoru”, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rəssamı Jaloliddin Rahimov “Türk dünyasının ən yaxşı dekor dizayneri”, Türkiyənin Dokuz Eylül Universitetinin İncəsənət fakültəsinin səhnə sənətləri bölməsinin müəllimi Sibel Erdenk “Türk dünyasının ən yaxşı teatr xoreoqrafı” və Şimali Kipr Türk Cümhuriyyətinin teatr aktrisası Ayla Haşmetli “Türk dünyasının ən yaxşı teatr aktrisası” mükafatına layiq görülüb.

Mükafatlar Beynəlxalq Anadolu Teatr Mükafatları jürisi tərəfindən ölkədaxili və xarici teatr fəaliyyətlərinin dəyərləndirməsi əsasında, 2024-2025-ci teatr mövsümündə incəsənətin bu növünə töhfə verən şəxslər, qurumlara və təşkilatlara verilib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, təşkilatın nümayəndələri və Türkiyənin tanınmış simaları iştirak ediblər.

# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

18:00 17 sentyabr 2026
Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

17:30 17 sentyabr 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

17:11 17 sentyabr 2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

17:05 17 sentyabr 2026
"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

17:00 17 sentyabr 2026
Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

16:30 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər