“Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr olundu

Əzizə Cəfərzadə

Əzizə Cəfərzadə

25 iyul 2022
# 12:40

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi münasibətilə “Əzizə Cəfərzadə” adlı biblioqrafiya nəşr edilib.

Kulis.az xəbər verir ki, biblioqrafiyada “Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Əzizə Cəfərzadənin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Əzizə Cəfərzadə haqqında” bölmələri, yazıçının elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, rəy verdiyi, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc olunmuş materiallar öz əksini tapıb.

Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında misilsiz xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində və ev arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunub.

Biblioqrafiyada yazıçının dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapıb.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər