Ən yaxşı beş filmdən biri - Təhlil

Ən yaxşı beş filmdən biri - Təhlil
21 iyul 2022
# 17:00

Kulis.az Samirə Əşrəfin “Akira Kurosavanın çəkilişinə on il hazırlaşdığı film...” yazısını təqdim edir.

“Ran” filmi Yaponiya rejissoru Akira Kurosavanın sayca 28-ci ekran işi olub. Rejissor bu filmi 1985-ci ildə 75 yaşında lentə alıb. Filmin ssenarisi Uilyam Şeksprin “Kral Lir” pyesi əsasında yazılıb.

Film Kral Xidetora İtimnodzinin saray əhli və oğlanları ilə birgə ov etməsi səhnəsi ilə başlayır. Ovdan sonra başlanan məclisdə ata əlində içki yuxuya gedir. Kralın böyük oğlanları onu günün altında qoyub getdikləri halda kiçik oğlan ağacdan kəsdiyi budaqları atasının yanında torpağa basdırıb onun üçün kölgəlik düzəldir.

Yuxudan ayılandan sonra kral oğlanlarını və etibarlı adamlarını başına yığıb vəsiyyətini açıqlayır. Torpaqlarının üçdə birini və hakimiyyətin idarəçiliyini böyük oğlu Taroya, digər iki hissəni isə ortancıl oğlu Ciro ilə kiçik oğlu Saburo arasında bölüşdürür. Saburonun qardaşları atalarının səxavətinə minnətdar olduqları halda Saburo hakimiyyətin böyük qardaşa ötürülməsindən narazı qalıb atası ilə mübahisə edir. Kral Xidetora Saburo ilə qan bağlılığını kəsdiyini və onu övladlıqdan rədd etdiyini açıqlayır.

Özünə otuz əsgər götürərək hər ay bir oğlunun evində qonaq olacağını bildirən kral bir müddət sonra oğlanlarından gözləmədiyi münasibəti görür. Oğlanları onu saya salmır. Böyük oğul hakimiyyəti tamamilə ələ keçirir və atasını ona boyun əyməyə məcbur edir. Əks təqdirdə ata öldürüləcək.

Xidetora oğlanlarından inciyib uzaqlaşır. Lakin, bir müddət sonra onun əsgərləri və bütün etibarlı adamları oğlanları tərəfindən qılıncdan keçirilir. Kral daldalandığı saray yandırılır. Lakin, Xitedora ölmür, sağ qalır. Ancaq artıq o, ağlını itirmiş qocaya çevrilib. Ətrfafında qulluqçusundan və vəfalı kəndlidən başqa heç kim qalmır.

Hadisələr davam etdikcə Xidetora həm də vaxtilə törətdiyi qırğınların, cinayətlərin qurbanları ilə qarşılaşır. Bu da ona ikiqat əzab verir.

Böyük qardaş ortancıl qardaş tərəfindən öldürülür. Ciro qardaşının fitnəkar arvadı Kaede ilə evlənir. Kaede bu evlilikdə maraqlıdı. O, öz planlarını həyata keçirtməklə vaxtilə Xidetora tərəfin öldürülmüş ailəsinin intiqamını Xidetoradan və onun ailəsindən almaq istəyir.

Nəhayət bir gün Saburo öz atasını tapmaq üçün qardaşının sarayına gəlir. Lakin Ciro qardaşına qarşı qəzəbli və kinlidi. O, atasını tapmış Saburonu ən xoşbəxt anında öldürür. Bu hadisədən sarsılan Xidetora da oğlunun cənazəsi önündə son nəfəsini verir.

“Ran” filmi Kurosavanın 1980-ci ildə lentə aldığı “Kagemuşa” filmindən sonra sonuncu tarixi filmi olur. Bu filmi çəkmək üçün rejissor nə az, nə çox düz on il hazırlıq görür. Filmin bütün kadrlarının rəsmini çəkir.

Bir çox Kurosava filmləri kimi “Ran” filmi də üç saata yaxın davam edir. Amma film tamaşaçını sıxmır, əksinə hər səhnədən sonra izləyicinin filmə olan marağı daha da artır. Film ötən əsrin ən yaxşı beş müharibə filmləri tərkibinə daxil edilmişdir. “Ran” filminin büdcəsi on iki milyon dollar təşkil etmişdi.

Deyilənlərə görə Kurosava filmin əvvəlindəki ağ bulud topasının onun istədiyi formaya düşməsi üçün 85 gün çəkiliş meydançasında buludların hərəkətini izləyib.

Filmin çəklişi zamanı Kurosava 39 yaşlı həyat yoldaşı vəfat edir. Rejissor cəmi bir gün arvadına yas saxlayır. Daha sonra yenidən çəkilişlərə davam edir.

Bu filmdən əvvəl çəkmiş olduğu “Kagemuşa” filmini Kurosava “Ran” filmi ilə müqayisə edənlərə belə cavab verib: “Kagemuşa” bu filmin libas məşqi idi. Filmdə bir çox hadisələr təbii verilib. Kralın özünü qayadan atması dublorsuz həyata keçirilib. Eləcə də filmdə yandırılan saray məxsusi film üçün tikilib və çəkiliş vaxtı həqiqətən də yandırılıb.

Filmdə müharibə səhnələrində istifadə olunan rənglər, aktyor ansanblı xüsusi diqqətlə seçilib. Filmin son səhnəsi uçuruma kənarında vaxtilə Xidetor tərəfrindən kor edilmiş tənha oğlanın əlindəki buddanın şəklini uçurumdan aşağı atması ilə bitir. Rejissor kinomatoqrafiq dillə insanlığın tənhalaşmasını, qana, qırğına susaması və bununla da allahdan qopmasını göstərir.

“Ran” ümumilikdə böyük bir imperiyanın, hökmdar atanın və onun ailəsinin faciəsini əks etdirir. Qanla, göz yaşı ilə əldə olunan hər şey günün birində külə çevrilir, yanıb yox olur. Bunun qarşısını isə nə ağlını itirmiş hökmdarın fəryadı, nə oğullarının axan qanı, nə də tar-mar olmuş sarayda əvvəlcə yaşayan əcdadların ruhu belə ala bilmir. Çünki şər nə qədər güclü olsa da, tanrı hər zaman xeyirin tərəfində olur.

# 2197 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #