Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

Əməkdar artist Raziyyə Şirinova vəfat etdi
20 mart 2026
# 02:10

Əməkdar artist, xanəndə Raziyyə Şirinova 86 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə onun yaxınları bildirib.

Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilib, 2005-ci ilə kimi teatrda çalışıb. Teatrda çalışdığı illərdə o, "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış edib.

10 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının mədəni həyatında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə" layiq görülüb. 16 sentyabr 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.

# 1619 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər