Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında
12 mart 2026
# 15:05

Türkiyənin paytaxtı Ankarada yayımlanan, Türk dünyası yönümlü fikir və mədəniyyət dərgilərindən olan “Yüce Erek”in yeni nömrəsində şair-publisist Əkbər Qoşalının geniş məqaləsi dərc olunub.

Kulis.az xəbər verir ki, ortaq türk mədəni irsi, kimlik məsələləri və sivilizasiya perspektivlərinin fəlsəfi-kulturoloji müstəvidə incələndiyi bu yazıda türk xalqları arasında düşüncə və fikir körpülərinin gücləndirilməsi baxımından önəmli yanaşmalar vardır. Məqalədə qədim dönəmlərdən çağdaş zamana qədər türk mədəniyyətinin inkişaf mərhələləri, qarşılaşdığı çağırışlar və qazandığı mənəvi-mədəni təcrübələrə toxunulur.

“Yüce Erek” dərgisi son illərdə ortaq türk düşüncə məkanının formalaşmasına töhfə verən platformalardan biri kimi tanınır. Ötən ildən etibarən nəşrini yenidən davam etdirən 26 yaşlı dərginin hər nömrəsində Azərbaycanla bağlı yazılar verilməsi, eləcə də azərbaycanlı yazarın məqaləsinin dərc edilməsi Türkiyə-Azərbaycan ədəbi və intellektual əməkdaşlığının daha bir təzahürü kimi qiymətləndirilə bilər.

Jurnalın yeni nömrəsində dərc olunan “Türk kültürünün kadim seyri: Zamanda kimlik, kimlikte zaman” (“Türk mədəniyyətinin qədim inkişaf yolu: Zamanda kimlik, kimlikdə zaman”) sərlövhəli yazı da bu baxımdan diqqət çəkir.

Əkbər Qoşalı uzun illərdir Türk dünyasının mədəni və ədəbi bağlarının inkişafı yönündə aktiv fəaliyyəti ilə tanınır. Onun publisistik və kulturoloji məqalələri müxtəlif ölkələrdə nəşr olunan dərgi və toplularda yayınlanır və əsasən türk xalqlarının ortaq kimlik, mədəni yaddaşı məsələlərinə həsr olunur.

Bu cür nəşrlərdə davamlı çıxışlar Azərbaycan düşüncə məktəbinin beynəlxalq intellektual mühitdə tanıdılması baxımından önəmli olub, Türk dünyasının ortaq mədəni platformunun güclənməsinə xidmət edir.

# 1130 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər