Deputat: "Zəfər amili ədəbiyyatda baxış yenilənməsini labüd edib"

Deputat:  "Zəfər amili ədəbiyyatda baxış yenilənməsini labüd edib"
24 yanvar 2025
# 11:33

“Ali məktəblərlə əlaqə, ünsiyyətin sıxlaşdırılmasının vacibliyi vurğulanır. Lakin biz bu əlaqəni elə orta məktəblərə münasibətdə də gücləndirməliyik. Çünki mənəviyyat kiçik yaşlardan formalaşır”.

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, regionlarda mütaliəni gücləndirmək, təhsil şəbəkəsi ilə əlaqə yaratmaq, məktəb kitabxanalarına kitablar hədiyyə etmək lazımdır: “Məktəbyaşlı uşaqların xəyal dünyasının genişlənməsinə, dünyagörüşlərinin artırılmasına çalışmalıyıq. Uşaq yazarları ilə uşaqların görüşünü təşkil etmək də yaxşı olar”.

Elnarə Akimova doktorantura təhsilinin müddətinin azaldılması təklifini dəstəkləyib: “Mən Akademiya sistemində çalışıram, ən çox bu məzmunda suallarla qarşılaşıram. Buna görə də birpilləli doktorantura təhsilinə keçməyi münasib bilirəm. Doktorantura məsələsində cəmiyyətə açıq olmalıyıq, bu yöndə fikirlər dinlənilməlidir”.

Deputat həmçinin təklif edib ki, milli şüurun inkişafına, məfkurəmizin bütövlüyünə xidmət edən müəyyən kitabların parlamentin Elm və təhsil komitəsində təqdimatı keçirilsin: “Bu yolla onlar cəmiyyətə daha asan yol tapa, həm də təbliğ oluna bilərlər. Zəfərdən sonra yenilənən diskursumuz Azərbaycan tarixinin yenidən yazılmasını, həmçinin, Azərbaycan ədəbiyyatında baxış yenilənməsini aparılmasını labüd edib. Elmimiz buna necə cavab verir? Bu təqdimatlarla müəyyən suallara cavab tapa bilərik”. APA

# 1760 dəfə oxunub

Oxşar xəbərlər

Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər