Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı
2 oktyabr 2026
# 15:00

Çin sədri Şi Cinpinin ötən ay Qahirəyə dövlət səfəri ərəfəsində şəhər rəhbərliyi 66 metr uzunluğundakı divar rəsmini hörmətli qonağın gözündən uzaqlaşdırmaqla məşğul idi.

Kulis.az xəbər verir ki, firon Tutanxamon və kraliça Nefertitinin təsvir olunduğu bu əsər Şi Cinpinin gəlişi üçün şəhəri gözəlləşdirmək məqsədilə sifariş edilən 40 divar rəsmindən biri idi və Təhrir meydanında "Rasmet Basma" könüllü gənclər qrupu tərəfindən çəkilmişdi.

Lakin bu iki tarixi şəxsiyyətin tünd dərili təsvir edilməsi sərt reaksiyaya səbəb oldu və fironların mənşəyi ilə bağlı afrosentrik iddiaların yenidən gündəmə gətirildiyini düşünən misirliləri qəzəbləndirdi. Şi Cinpinin təyyarəsi enməzdən cəmi bir neçə saat əvvəl sənət əsərinin üzəri yeni boya qatı ilə örtülərək yox edildi.

"Rasmet Basma"nın 22 yaşlı təsisçisi Əhməd Musa etiraf edib ki, avqustun sonlarında cəmi beş gün ərzində ərsəyə gətirdikləri işin üzərinin rənglənməsini onlardan Qahirə qubernatorluğu tələb edib.

Süni intellektin tarixi təhrifi

Komanda dizaynları yaratmaq üçün "ChatGPT" süni intellekt proqramından istifadə edib və daha sonra könüllülər bu dizaynları divara köçürüblər. Musa bildirib ki, Qahirə qubernatorunun müavini və rayon rəhbəri proses boyunca əraziyə baş çəkib və divar rəsmlərinə heyran qalıblar, ta ki, sosial şəbəkələrdə qalmaqal böyüyənə qədər.

"Biz qızılı-bürünc tondan istifadə etdik ki, bu da gecələr simaların üzərinə bir növ kölgə salırdı, ona görə də onlar tünd dərili görünürdülər. Arxeologiya və incəsənət mütəxəssisləri ilə məsləhətləşməməkdə səhv etdiyimizi qəbul edirik".

Bəzi sosial şəbəkə istifadəçiləri rəsmi çəkənlərdən "Nefertitinin əslində necə göründüyünü heç görüb-görmədiklərini" soruşub, digərləri isə afrosentrik qrupları misirlilərin onların nəzəriyyələrini dəstəklədiyini iddia etmək üçün bu təsvirləri mənimsəməkdə günahlandırıblar.

Misirin keçmiş Qədim Əsərlər naziri Zahi Həvvas bildirib ki, ekspert nəzarəti olmadan könüllülərə Təhrir meydanı kimi əhəmiyyətli bir şəhər məkanında rəsm çəkməyə icazə verilməməli idi və ictimai qəzəb tamamilə haqlıdır. Həvvas vurğulayıb:

"Qədim Misir sivilizasiyasını Böyük Səhradan cənubdakı Afrika ilə əlaqələndirən iddialar cəfəngiyyatdır. Son dövr məbəd oymalarında Misir kralları Afrikanın bəzi hissələrindən, Liviya, Suriya və Fələstindən olan əsirlərlə birlikdə təsvir olunub, lakin kralın özü heç vaxt tünd dərili göstərilməyib".

"Misirlilər heç vaxt tək bir dəri rənginə malik olmayıblar"

Qahirə Amerika Universitetinin misirşünası Monika Hanna afrosentrik iddiaları "yalançı elm" adlandırıb. O bildirib ki, Misir cəmiyyəti cənubdakı nubiyalı icmalardan tutmuş şimaldakı Aralıq dənizi əhalisinə qədər həmişə etnik cəhətdən müxtəlif olub:

"Misirlilər heç vaxt tək bir dəri rənginə malik olmayıblar. Biz nə qar kimi ağ, nə də krem rəngindəyik".

Süni intellekt üzrə tədqiqatçı və Afrika antropologiyası üzrə ekspert Vəlid Mahmud isə qeyd edib ki, "ChatGPT" kimi süni intellekt alətləri faktiki olaraq nəyin doğru olduğunu deyil, internetdə ən çox hansı məlumatların paylaşıldığını əks etdirir:

"Məhz buna görə də biz onun yaratdıqlarını heç vaxt sadəcə olduğu kimi qəbul etməməliyik, xüsusən də söhbət mədəni kimlik və irsdən gedirsə".

Sənətşünas Mustafa İsa da süni intellektin sadəcə bir alət olaraq qalmalı olduğunu, rəssamın öz bacarığını əvəz etməsinin əsərin originallığını itirməsinə səbəb ola biləcəyini qeyd edib.

Ülvi Bahadır

# 169 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

Tbilisidə azərbaycanlı icmanın guşəsi təqdim olundu

11:46 3 oktyabr 2026
Koreyanın zəngin mədəniyyəti  Britaniya Muzeyində

Koreyanın zəngin mədəniyyəti Britaniya Muzeyində

11:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər