"Demişdim ki, Qarabağa qar gətirməyə getmişəm"

"Demişdim ki, Qarabağa qar gətirməyə getmişəm"
8 noyabr 2023
# 17:00

Kulis.az Emin Pirinin yeni yazısını təqdim edir.

Müharibəyə gedəndə qəribə təlatüm vardı içimdə. Düzünü desəm, həm özüm, həm də ölkəmlə bağlı içimdə qəribə narahatlıq vardı.

Savaşın gözlədiyimizin əksinə getməsi, torpaqların azadlığı ilə bitməməsi hamımız üçün fəlakət olardı, düşünürdüm. Özümçünsə ən qorxduğum əsir düşmək olub.

İlk dəfə Füzulinin kəndlərində olanda izahımüşkül hisslər yaşamışam. Sanki bir vakuumda idim. Nə tam doluluq idi, nə boşluq. Bilmirəm, nə hissi idi. Onu bilirəm ki, belə vakuuma ilk dəfə düşmüşdüm.

Təsir edən məqamlar çox olub. Yanındakıların şəhid olması, əzalarını itirməsi və s. Bilmirdin, sağ qaldığına üzüləsən ya şəhid olanlara, əzalarını itirənlərə üzüləsən.

Xocalıda olandasa mənəvi baxımdan çökmüşdüm, həm də qürur duymuşdum. Xocalının təbiəti möhtəşəmdir! Mənə hələ də çatmır ki, belə bir cənnətdə, belə gözəl təbiətdə necə qətliam törətmək olar?!

Duyğular necə deformasiyaya uğraya ki, belə iş tutasan?

Yaralıları düşmən qabağında çıxardırdıq Kürdlər kəndi ətrafında. Top, mərmi atəşinə tutdular bizi. Mərminin dalğası məni qırağa tulladı. Əllərim, üstüm qan idi. Fikirləşdim, yəqin, isti-isti hiss etmirəm, yaralanmışam. Gördüm, yox, salamatam. Sən demə mənim yox, yaralılarımızın qanıymış...

Baxmayaraq, Ağdamda cəbhə xidmətim olmuşdu, ancaq tarix müəllimi kimi məğlubiyyəti qəbul edə bilmirdim. Məsələn, hansısa şagirdin sualı.

Çətin deyildi cavab vermək, yenə də utanırdım.

İmkan tapıb, bacım uşaqları ilə bir dəfə danışdım. Mənə dedilər, gələndə qar gətir.

Uşaqlar elə bilir, bu dava qar üstündə, qartopu üstündədir. Kaş elə olaydı. Xocalının kəndlərində olanda isə... bacım uşaqlarının qar istəməsi, uşaq qətliamı... - bütün bunları həzm etmək olmurdu. Mən onlara Qarabağa elə qar gətiməkçün getdiyimi demişdim...

İki dəfə çox kövrəldiyim an olub. Bir dəfə şəhid anası qan puluna ərzaq alıb ön xəttə göndərmişdi. Əsgərlər hamı ağlamışdı... Hamımız kövrəlmişdik.

Bir də şeirlərimin haqqını vermək lazım idi. Baxmayaraq ki, o şeirlər Ağdam səngərində yazılmışdı, mənə çox uğurlar qazandırmışdı.

Ancaq müharibə şeirlərinin şairi kimi tanınıb, müharibədə olmamaq şeirlərimə xəyanət olardı.

Müəllim, jurnalist, şair... - mən sıravi Azərbaycan vətəndaşı kimi daha çox qürur duyuram.

# 2944 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

18:30 17 mart 2026
Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

17:27 17 mart 2026
 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

16:00 17 mart 2026
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

15:20 17 mart 2026
Rejissor Rüfət Əsədov:  "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

Rejissor Rüfət Əsədov: "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

14:15 17 mart 2026
"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

14:00 17 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər