“Dəmir yumruq” baletinin premyerası olacaq

“Dəmir yumruq”  baletinin premyerası olacaq
11 iyul 2023
# 12:57

Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri, Bakı Musiqi Akademiyasının (BMA) doktorantı və Elmi-tədqiqat mərkəzinin əməkdaşı, bəstəkar İlahə Qismət “Dəmir yumruq” adlı balet yazıb.

Kulis.az xəbər verir ki, iyulun 19-da BMA-nın Opera studiyasında 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli baletin premyerası keçiriləcək.

Libretto müəllifi Əməkdar artist Yuri Lobaçev olan əsərin baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur.
Baletin premyerası “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində gerçəkləşəcək. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri üçün nümayiş olunacaq.

Layihə “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai birliklərinin koalisiyası adından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirilmiş müsabiqədə qalib olub.

Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca olan uşağın gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi nəticəsində aldığı travma onun kiçik qəlbində dərin iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu yenilməzlik nümayiş etdirərək davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır...

Balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər