Cennifer və Ben rəsmən boşandı

Cennifer və Ben rəsmən boşandı
7 yanvar 2025
# 17:14

Məşhur müğənni Cennifer Lopez həyat yoldaşı Ben Afflekdən rəsmi şəkildə boşanıb.

Kulis.az xəbər verir ki, bu barədə TMZ nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Onlar məhkəmə çəkişməsi olmadan bütün maliyyə məsələlərində razılığa gəliblər. Belə ki, hər ikisinin evlilik zamanı fərdi olaraq əldə etdikləri gəlir özlərinə qalır. Benlə CeyLo birgə aldıqları evlə bağlı razılığa gəlsələr də nəticə gizli saxlanılıb. Mülk hazırda satışdadır.

Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa ediblər, 2022-ci ildə isə nəhayət evləniblər.

# 2284 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər