“Bulvarda kino axşamı” layihəsinin növbəti təqdimatı olacaq

“Bulvarda kino axşamı”  layihəsinin növbəti təqdimatı olacaq
30 iyul 2025
# 12:40

“Bulvarda kino axşamı” adlı layihə davam edir.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində növbəti tədbir avqustun 2-də, Kino Günündə olacaq.

Bu dəfə kinosevərlər C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd haradadır?” filminə baxacaqlar.

Layihə çərçivəsində iyulun 19-da keçirilən ilk təqdimatda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş olunub. Nümayişdə yüzlərlə izləyici iştirak edib.

Tədbirdə “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafətlərini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.

Qeyd edək ki, layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaqdır.

# 1628 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər