Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı
3 noyabr 2025
# 17:25

Bakıda incəsənət və sənaye bir araya gələrək yeni bir yaradıcılıq harmoniyası yaradıb, Daş Salnamə Muzeyinin qarşısında “Baku Steel Art 2025” adlı sərgi izləyicilərin seyrinə verilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, sərgi “Bakıya Uçuş. Həftəsonu. Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı incəsənət həftəsonu çərçivəsində, "Baku Steel Company" QSC-nin (bundan sonra - BSC) və “QGallery” tərəfindən birgə təşkil olunub.

Ekspozisiyada 2024 və 2025-ci illərdə keçirilmiş "Baku Steel Art" beynəlxalq metal simpoziumlarının iştirakçısı olan sənətkarların yaratdığı 27 əsər nümayiş olunur.

Sənətkarların yaradıcılığında polad artıq sadəcə bir material deyil, yeni bir məna daşıyıcısıdır. Soyuq metal onların əllərində yaddaşın, təbiətin və texnoloji tərəqqinin rəmzinə çevrilib. Hər bir əsər sənətkarla polad arasında qurulan dialoqdur. Onun sərtliyi və elastikliyi dözümlülüyün, gözəlliyin və fəlsəfi dərinliyin simvollarıdır.

BSC-nin dəstəyi sayəsində sənətkarlar yüksək keyfiyyətli material ilə işləyərək onun sənətdəki imkanlarını tam şəkildə reallaşdıra biliblər.

Qeyd edək ki, açılış mərasimində “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva kimi fəxri qonaqlar, eləcə də “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalının iştirakçıları və qonaqları iştirak ediblər.

Bakının tarixi mənzərəsi polad heykəlləri poetik bir enerjiyə bürüyərək izləyiciləri düşünməyə, duymağa və ilhamlanmağa dəvət edir. “Baku Steel Art 2025” sərgisi 30 noyabr 2025-ci ilədək ictimaiyyət üçün açıq olacaq və həm paytaxt sakinləri, həm də qonaqlara sənaye gücünün bədii baxışla necə ahəngdar şəkildə birləşə biləcəyini nümayiş etdirəcək.

# 967 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər