Azərbaycanlı filosofun kitabı Almaniyada çap olundu

Azərbaycanlı filosofun kitabı Almaniyada çap olundu
21 aprel 2022
# 11:00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çapdan çıxıb.

Ədəbiyyat İnstitutundan Kulis.az-a bildirilib ki, “Çağlar. Düşünərliyin zaman qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – ikilik, dördlük və rübailəri (poetik aforizmin yeni örnəkləri), bir neçə seçmə şeiri daxil edilib. Kitab bütöv bir dünyagörüşünün bir-birinə bağlı seçkin təzahür mənzərələrini yaradan “Mütəfəkkir”, “Varlıq çağı”, “İnsan çağı”, “Duyğu çağı”, “Dəyər çağı” “Həqiqət çağı”, “Söz çağı”, “Ox çağı”, “Çağların körpüsü” və “Səndən başlayıb məndə bitməyən dünya” bölümlərindən ibarətdir. Kitabın redaktorları filosof Niyazi Mehdi və şair Vaqif Bəhmənlidir.

Rahid Uluselin “Düşüncə vadisi. Aforizmlər” (“An Oasis of Thoughts. Aphorisms”) adlı ikinci kitabı Azərbaycan, Türkiyə, Rusiya və İrandan sonra Almaniyada çap olunub. Müəllifin özünün ingilis dilinə tərcümə etdiyi kitab Avropa mərkəzli “Epubli” nəşriyyatında işıq üzü görüb.

Professorun fəlsəfi yaradıcılığında mühüm yer tutan bu aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, çatışmazlıqları görüb qətiyyətlə üzə çıxarmaq enerjisini daşıyır. Onlar ümumən aforizmin janr palitrasını (deyimlər, atmacalar, maksimlər, lakonizmlər, paradiqmalar və s.) özünəməxsus forma biçimində, məzmun zənginliyində əks etdirir. Kitabın əsas məqsədi yaşadığımız tarixi zamanın – XXI əsrin yaradıcı ideya qaynaqlarını oyatmaqdan, bəşəriyyətin epoxal inkişafı yönündə qarşılaşdığı çətinlik, gərginlik və böhranlara refleksiya vermək gərəyindən ibarətdir.

Azərbaycanlı filosofun ayıq və məsuliyyətli düşüncəni insanlığın universal dəyərlərinin necə yaşadılması üzərində cəmləyən bu kitabı Avropanın mötəbər kitabxanalarına və “Amazon” da daxil olmaqla dünyanın bir sıra aparıcı saytlarında satışa təqdim edilir.

# 2844 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər