Azərbaycanda elita "xala-bibi"lərdən, "əmi-dayı"lardan ibarətdir

Azərbaycanda elita "xala-bibi"lərdən, "əmi-dayı"lardan ibarətdir
27 iyul 2023
# 16:46

Kulis.az Aqşin Yesniseyin yeni yazısını təqdim edir.

Anlayışların yenidən mənalandırılmasına davam.

Modern roman özünə hopdurduğu qara yumorla, anlaşılmaz dialoqlarla, absurd mühakimələrlə, gerçək kimi görünən illuziyalarla, izaholunmaz təsadüflərlə Qərb cəmiyyətini ədəbiyyatda Birinci Dünya müharibəsinin psixoloji xoralarından təmizləmə cəhdi idi.

Cəmiyyət sənətdə, fəlsəfədə filtrasiyaya məruz qalır, katarsisdən keçir. Xüsusilə ədəbiyyat toplumdakı qara enerjini canına çəkib oxucusuna xoşbəxtlik hissi yaşadır.

Sənətin varolma səbəbidir bu! Füzulilər hamının yerinə yanır fələklərin ahından!

Xalqın şairin ən bədbəxtini sevməsi də bu psixoloji təmizləmə ilə bağlıdır. Xalq öz şairinin bədbəxtliyində dincəlir. Şəhriyarın əcinnə vücudu Azərbaycan xalqının mənəvi-psixoloji kurortudur.

Sənətlə, fəlsəfə ilə təmizlənə, durula bilməyən cəmiyyətlər bütün bu neqativi, mənəvi, psixoloji yara-xoranı gündəlik həyatın qayğıları siyahısına daxil edir və ona öyrəşir.

Bu gün cəmiyyətimizin xirtdəyəcən neqativin, mənəvi-psixi yara-xoranın içində olması sənətsiz, ədəbiyyatsız qalması ilə bağlıdır.

Sənət, ədəbiyyat ideologiyalaşanda "beyin yuma" işinə girişir və sözügedən təbii funksionallığını itirir. Hasan Sabbahın fədailəri kimi "cənnət həzzi" dadızdırılımış kommunizm ədəbiyyatına cəmiyyətin neqativini özünə hopdurmaq qadağan idi. Əksinə, bu ədəbiyyat neqativi cəmiyyətin içində ört-basdır etməliydi.

Bundan ötrü mədəni sərvət elitarlaşdırılmış kommunist ailələr arasında bölünməliydi ki, nəzarətdə saxlamaq asan olsun. Eyni metod kapitalist cəmiyyətdə maddi sərvətlərin ailələr arasında bölünməsinə və nəzarətdə saxlanmasına tətbiq edilir.

Təsadüfi deyil ki, fərdin polyak faşizminə (kommunizmin Qabili) əsir düşdüyü dönəmdən bəhs edən "Ferdidurka" romanında yazıçı Qombroviç Polşada sosial həyata nəzarət edənləri "mədəniyyətin xala-bibiləri" adlandırır.

İdeoloji-siyasi müdaxilə mədəniyyəti xala-bibiləşdirir. Çünki mədəniyyətin boynuna tərbiyəçi öhdəliyi qoyulur.

Bu gün Azərbaycanda mədəni elita sovetdənqalma "xala-bibilərdən", "əmi-dayılardan" ibarətdir. Onlar hər yerdə nəzarət edirlər, amma bu dəfə tərbiyə etmək məqsədilə deyil, mədəniyyətin qohumluq əlaqələrinin avatajından yararlanmaq məqsədilə.

Məsələn, ölkədə bir-birindən zəhləsi gedən iki kino ittifaqının olması və onların başqa bir ittifaqın ağsaqqallığı ilə "barışması" mədəniyyət hadisəsi deyil, milli xeyir-şər hadisəsidir. Küsülülərin barışdığı ilaxır çərşənbə görüntüsüdür.

Mədəniyyətin bu cür xala-bibiləşməsinin zərbəsi kimə dəyir? Cəmiyyətə və dövlətə. Çünki mədəniyyət xala-bibiləşəndə xeyir-şər münasibətləri səviyyəsinə endirilir və xeyir-şər münasibətləri səviyyəsinə endirilmiş mədəniyyətdə xeyir xeyirliyindən, şər şərliyindən arındırılır. Onları bir-birindən ayırmaq mümkünsüzləşir.

Mədəniyyətin bu cür xeyir-şər həmrəyliyinə çevrilməsinin nəticəsidir ki, bu gün Azərbaycan xalqı Stalin repressiyasından əlidolu çıxan şairlə, bu repressiyanın qurbanı olan şairi eyni məhəbbətlə sevir.

Nizami Gəncəvi isə min il əvvəl bizi xəbərdar etmişdi: Xeyirlə Şərin dostluğundan qazanan həmişə şər olacaq.

# 4492 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər