Azərbaycan drijorluq məktəbi Serbiyada

Azərbaycan drijorluq məktəbi Serbiyada
16 aprel 2022
# 10:00

Serbiyanın nüfuzlu mədəniyyət ocaqlarından olan və 2022-ci ildə Avropa Mədəniyyət paytaxtı seçilən Novı Sad şəhərinin Dövlət Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının möhtəşəm təqdimatı gerçəkləşib.

Kulis xəbər verir ki, tamaşada üç ölkənin - Azərbaycan, Türkiyə və Serbiyanın tanınmış sənət xadimləri iştirak ediblər. Aida rolunu Ankara Dövlət Opera Teatrının direktoru, Türkiyənin məşhur opera müğənnisi Feryal Türkoğlu ifa edib. Operaya dirijorluğu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, respublikanın Əməkdar artisti Əyyub Quliyev uğurla həyata keçirib. Tamaşada aparıcı rolları - Metropoliten Opera Teatrının solisti (Nyu York) Miliana Nikoliç (Amneris), Stefan Karanaç (Radames), Jelko Andriç (Amonasro), Neboyşa Babiç (Faraon), Straxinya Doniç (Ramfis), Nataşa Knejevi və İqor Ksyonjik ifa ediblər.

Tamaşa bitdikdən sonra dinləyicilər ayaqüstə uzun sürən alqışlarla azərbaycanlı dirijoru və operanın iştirakçılarını salamlayıblar. Anşlaqla keçən tamaşada şəhərin tanınmış mədəniyyət və incəsənət xadimləri və Türkiyənin Serbiyada fövqəladə və səlahiyyətli səfiri Hami Aksoy iştirak ediblər.

Tamaşadan əvvəl Novı Sad Opera Teatrının baş direktoru Aleksandr Stankov azərbaycanlı dirijor Əyyub Quliyev və Feryal Türkoğlu ilə görüşərək onlarla bərabər üç ölkənin sənət nümayəndələrinin əlaqələrinin genişləndirilməsinin perspektivlərini müzakirə ediblər.

# 2416 dəfə oxunub

Oxşar xəbərlər

"Bu dünya nərdivandır..."  - Xalq şairi Nəriman Həsənzadə ilə  son vida

"Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida

15:00 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edildi

12:50 2 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir

11:35 2 avqust 2026
Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər