"Ay blin, Vitalikin yanında nətər biabır olduq e!" - Günel Mövlud

Günel Mövlud, yazıçı

Günel Mövlud, yazıçı

25 fevral 2025
# 11:10

Kulis.az Günel Mövludun yeni yazısını təqdim edir.

Rusların bir anektodu var. Bir kişinin arvadı otaqdan çıxanda telefonuna mesaj gəlir. Kişi gözucu baxır, görür Vitalik yazılıb. Arvadının sevgilisi olmağından şübhələnir. Plan qurur ki, müəlliməni güdsün.

Arvadına deyir ki, bazar günü balığa gedəcəm, bütün gün də gəlməyəcəm. Sonra gedib qonşu binada ev kirayələyir, elə ev seçir ki, pəncərəsi düz öz evinə baxsın. Bazar gününə qədər də bir durbin tapıb, gedir o evə, başlayır güdməyə.

Bir saatdan sonra görür evin qabağında bir bahalı maşın dayandı. İçindən təpədən dırnağa şıq geyinmiş, hündür, yaraşıqlı, cavan bir oğlan düşdü, bir əlində yekə gül dəstəsi, bir əlində yekə bir çanta. Sonra durbinlə öz evlərinə baxır, görür arvadı əynində gecə xalatı qapını açdı, Vitalik girdi içəri, arvadına gül dəstəsini verdi, qucaqları, əlindən öpdü, sonra qonaq otağında çantasını açdı, ordan təzə telefon, bahalı ətir, şampan, ikra, müxtəlif naz-nemət çıxarıb, düzdü masanın üstünə.

Sonra baxır ki, arvadı ilə oğlan keçdi yataq otağına, orda oğlan soyundu, qolları əzələli, qarnında paxlavalar, qəşəng zaqarı, enli kürəyi, bir sözlə, oğlan elə bil Yunan allahıdır. Sonra da baxır ki, arvadı soyundu, sinəsi sallanıb, qarnı çıxıb, budlarında sellülit...

Kişi durbini əlindən yerə qoyub, əlini alnına çırpıb deyir ki:

- Ay blin, Vitalikin yanında nətər biabır olduq e!

Hər dəfə Bakıya bərk qar yağanda, yollara ovucla duz səpən yazıq dayılarla Norveçdə qarlı yolları snayper kimi şumlayan o maşınlar və o maşınlardakı nordik qardaşları müqayisə edəndə Vitalikin yanında biabır olan o kişi yadıma düşür...

# 1604 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortaç həbs edildi - Məhkəmə qərarı

Sərdar Ortaç həbs edildi - Məhkəmə qərarı

12:55 25 fevral 2025
Azərbaycan mahnısı oxusa, dünya trendinə düşə bilərmi? - Murad Arif tənqidlərə cavab

Azərbaycan mahnısı oxusa, dünya trendinə düşə bilərmi? - Murad Arif tənqidlərə cavab

12:30 25 fevral 2025
"15 yaşlı sütül gəlinlərə ancaq burada rast gəlmək olar” - Pedofilliyə görə günahlandırılan yazıçımız

"15 yaşlı sütül gəlinlərə ancaq burada rast gəlmək olar” - Pedofilliyə görə günahlandırılan yazıçımız

12:00 25 fevral 2025
Edip Akbayramın son vəziyyəti - Qızı açıqladı

Edip Akbayramın son vəziyyəti - Qızı açıqladı

10:40 25 fevral 2025
Roberta Flak vəfat etdi

Roberta Flak vəfat etdi

10:10 25 fevral 2025
Yılmaz Morgülün səhhəti pisləşdi

Yılmaz Morgülün səhhəti pisləşdi

09:32 25 fevral 2025
#
#
# # #