Azərbaycan mahnısı oxusa, dünya trendinə düşə bilərmi? - Murad Arif tənqidlərə cavab

Murad Arif, müğənni

Murad Arif, müğənni

25 fevral 2025
# 12:30

Məşhur müğənni Murad Arif “Səs Azərbaycan”la bağlı tənqidlərə cavab verib.

O, Kulis.az-ın Youtube kanalına verdiyi müsahibədə "Səs Azərbaycan" layihəsi ilə bağlı tənqidlərə münasibət bildirib.

Murad Arif iştirakçıların repertuar seçimlərinə və yarışmada hansı janrların təmsil olunmasına da toxunub:

“Əgər o, bir fank ifaçısıdırsa, bizim fank ulduzumuz kimdir? Bizim blüz ulduzumuz kimdir? Bizim caz ulduzumuz varmı? Mənə elə gəlir ki, gələn səslər dünyanın müxtəlif janrlarına müraciət edən səslərdir və onlar da özlərini ifadə edəcək nəğmələr seçirlər.”

Murad Arif qeyd edib ki, jüri heyəti – özü, Röya Ayxan, Zülfiyyə Xanbabayeva və Eldar Qasımov – iştirakçılara repertuar seçimində dəstək olurlar və onların səslərinə uyğun mahnılar seçməyə çalışırlar:

“Əlbəttə ki, mən hansısa bir ifaçıya Emin Sabitoğlunun “Bu gecə”sini verə bilərəm. Amma bu nəğməni bildiyim üçün bilirəm ki, o səs üçün uyğun deyil. Həmin iştirakçının özünü daha yaxşı göstərə biləcəyi mahnılar var”.

O, həmçinin, "İctimai" TV-nin "Səs Azərbaycan – Doğma Nəğmələr" layihəsini xatırladaraq, ancaq Azərbaycan mahnılarının səsləndiyi bu yarışmanın reytinq göstəricilərinin yüksək olmadığını bildirib.

Murad Arif “Səs Azərbaycan”da ifa edilən mahnıların dünya musiqi trendinə düşdüyünü vurğulayaraq, milli mahnılarla qlobal uğura nail olmağın çətinliyinə diqqət çəkib:

“Bu yarışmada olan ifaçılar dünya trendinə düşür. Birinci həftə İlqar Xəyalın oğlu Teymur trendə düşdü. Hər həftə hansısa sənətçi bu siyahıya düşür. Sizcə, həmin ifaçı gəlib Emin Sabitoğlunun hansısa nəğməsini oxusa, dünya trendinə düşə bilərmi? “Global voice”da ola bilərmi?”

Murad Arifin fikrincə, layihənin əsas məqsədi Azərbaycan musiqisini tanıtmaq yox, güclü səsləri üzə çıxarmaqdır.

Müsahibənin tam versiyasına baxmaq üçün bu linkə daxil olun: https://www.youtube.com/watch?v=x6ONY2Ek4VM

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər