Afaq Bəşirqızı əməliyyat olundu

Afaq Bəşirqızı əməliyyat olundu
5 iyun 2026
# 11:28

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. Uzun müddətdir ayaqlarında yaranan problemlərə görə yeriməkdə əziyyət çəkən sənətçi bu addımı xəstəlikdən birdəfəlik azad olmaq üçün atıb. Onun üçün xaricdən xüsusi həkim gəlib və onu müayinə edəndən sonra təcili əməliyyata ehtiyac olduğunu bildirib.

Aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:

“Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şey qaydasındadır. Ayaqlarını normal hərəkət etdirə bilir. Afaq xanımın onurğa beynində sıxılma var idi. Əvvəl də əməliyyat olunmuşdu. Ona bir müddət reabilitasiya lazım olacaq. Qısa müddətdə xeyrini görəcək. Bu Afaq xanımda uzunmüddətli bir problem idi. Problem uzunmüddətli olanda onun düzəlməsi də çox çəkə bilər. Ümid edək ki, ən qısa müddətdə yaxşılaşacaq. Ümid edirəm ki, 2 gündən sonra vəziyyətinin düzəlməsindən asılı olaraq xəstəxanadan evə buraxılacaq. Almaniyadan xüsusi Afaq xanımı əməliyyat etmək üçün gəlmişəm. 6-cı gün qayıdacam”.

Kulis.az xəbər verir ki, Xalq artisti əməliyyatdan sonra səhhəti haqda moderator.az-a danışıb və həkimlərinə təşəkkür edib:

“Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən istəyirəm ki, bizim savadlı, gözəl, bacarıqlı həkimlərimizi bütün xalqımız tanısın və həkimlərimizi tərif etsinlər, onlara öz minnətdarlıqlarını bildirsinlər. Bizdə pis həkim yoxdur. Pis həkimlər göz qabağındadır. Onlar da demək olar ki, yox kimidirlər. Bizim Səhiyyəmiz çox gözəl vəziyyətdədir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm. Məni dünən əməliyyat edən həkim Turab Qasımov tərtəmiz azərbaycanlıdır. Lakin Almaniyada yaşayır. Çünki universiteti də xaricdə bitirib, müdafiələrini də xaricdə edib. Lakin buna baxmayaraq o xaricdən gəlib məni öz istəyi ilə tam təmənnasız əməliyyat etdi. Mən Ege hospitalın bütün tibbi personalına, başda Barat Yusifov olmaqla Xəyyam Eyvazova, Ağakişi Yəhyayevə, məni əməliyyat edən Turab Qasımova öz təşəkkürümü bildirirəm. Mən Turab balama bir kəlmə söz dedim.. Dedi ki, Afaq xanım, heç də narahat olmayın, siz deyən olacaq. Artıq o dediyini isbatladı, mən dünən yeridim. Çox şükür Allaha”.

# 712 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər