Tanınmış aparıcıdan Manaf Ağayevlə bağlı sərt sözlər: "Dəlisiniz?"

Tanınmış aparıcıdan Manaf Ağayevlə bağlı sərt sözlər: "Dəlisiniz?"
21 fevral 2020
# 10:29

“Avtostop” proqramının aparıcısı Tural Yusif ATV-də yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayevin “Elə ola bilər ki, qadının bir kəlmə sözünə görə nəinki öldürmək, onun başını kəsə bilərəm” sözlərinə sərt reaksiya bildirib.

Kulis.az xəbər verir ki, aparıcı sosial şəbəkədə ATV kanalını və sözügedən verilişin yaradıcı heyətini tənqid edərək bunları yazıb: “Başını kəsərəm, öldürmək nədir?” - Nə redaktor (əgər varsa), nə prodüser (yox kimi bir şeydir), daha sonra montajçı, kanal rəhbərliyi belə buna reaksiya verməyib. Qadına şiddətin şiddəti yüksək olan ölkədə TV-də açıq təbliğat gedir və susublar.

Üstəgəl, kanal bunu öz “Youtube”na yerləşdirib. MTRŞ (Milli Televiziya və Radio Şurası – red.) hələ də reaksiya verməyib. Bir müddət sonra məzlumun birini öldürəcəklər, eyni telekanalda bu cinayətdən danışılacaq, göz yaşı töküləcək və artistlik ediləcək. Dəlisiniz? Bir insan olaraq fayda vermək əvəzinə, bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız? “#qadınaşiddətəyox” yazmayın, şiddəti təbliğ etməyin, qınayın, bəs edər”.

Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.

Manaf isə, “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm” deyə cavab verib.

# 4294 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı yazıçının hekayəsi ABŞ-ın nüfuzlu jurnalının müsabiqəsində uzun siyahıya düşdü

Azərbaycanlı yazıçının hekayəsi ABŞ-ın nüfuzlu jurnalının müsabiqəsində uzun siyahıya düşdü

17:21 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

16:22 26 may 2026
Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

15:30 26 may 2026
"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

15:00 26 may 2026
Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər