Nəsiminin qəzəllər toplusu Ukraynada

Nəsiminin qəzəllər toplusu Ukraynada
20 noyabr 2019
# 18:10

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (Haqq yolu mən özüm oldum) kitabı (Dövlət Tərcümə Mərkəzi) Kiyevdə işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələr izah və şərhlərlə verilib.

Şairin həyat və yaradıcılığını əks etdirən “У пошуку живих імен” (Canlı adlar axtarışında) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Ukraynanın nüfuzlu “Саміт-Книга” nəşriyyatı tərəfindən çap olunmuş kitab böyük Nəsimi poeziyasının Ukrayna oxucuları ilə ilk görüşüdür.

Şeirləri orijinaldan Ukrayna dilinə bu ölkənin tanınmış şairləri – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.

Tərtib müəllifləri – Dmitri Çistyak və Püstə Axundovadır. /azertag.az/

# 5510 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər