Mədəniyyət işçilərinə mənzil müjdəsi – Təklif

Mədəniyyət işçilərinə mənzil müjdəsi – Təklif
30 sentyabr 2021
# 13:12

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna yenidən baxılmalıdır. Bu qanun qəbul ediləndə biz Zəfər qazanmamışdıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, Zəfərdən sonra bu qanuna yenidən baxılması zərurəti ortaya çıxıb: “Şəhid ailələrinin əsas istəyi övladının adının əbədiləşdirilməsidir. Tovuzda bizim 70-dən çox şəhidlərimiz var. Tovuzda olan bir çox küçələrin adı yoxdur. Bu qanunlarda ediləcək dəyişikliklər şəhid adlarının əbədiləşdirilməsinə şərait yarada bilər. Anım günündə Tovuz İcra Hakimiyyətində keçirdiyimiz tədbirlərdə bununla bağlı təkliflərin Nazirlər Kabinetinə göndərildiyi deyildi. Şəhid ailələrimizin səsləndirdiyi təklifləri də yazıb, müvafiq komitəyə və hökumətə təqdim edəcəyik”.

Deputat ipoteka ilə bağlı qanunda da problemlər olduğunu vurğulayıb: “Mədəniyyət sahəsində çalışan və yüksək səviyyədə ölkəmizi, dövlətimizi təmsil edən gənc insanlar var. Bu insanlar mənzil-məişət problemiylə qarşılaşırlar. Güzəştli ipotekadan faydalanan kateqoriyaya mədəniyyət sahəsində çalışan şəxslərin də bu güzəştə düşməsini xahiş edirik”.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər