İnsan olmaq yordu bizi – Aqşin Yensiey yazır...

İnsan olmaq yordu bizi – Aqşin Yensiey yazır...
9 iyul 2021
# 11:01

Tanınmış şair-yazıçı-esseist Aqşin Yenisey müəllif və mətnlə bağlı belə bir fikir yazıb: “Müəllif həyatda ölən, mətndə diriləndir. Reinkarnasiya filoloji prosesdir.” Fransız filosofu və tənqidçisi Rolan Bart isə dünyaca məşhur “Müəllifin ölümü” esesində bu fikrin əksinə olaraq, müəllif mövqeyinin mətndə itməsi tendensiyasını irəli sürüb.

Kulis.az Aqşin Yeniseyə “Bu paradoksu necə izah edərdiniz?” sualı ilə müraciət edib. Cavabı təqdim edirik.

Sənət hiss etdiyimiz dünyadır. Hisslərin akademik izahı bir az elmi “boşboğazlıq” kimi görünür. Məktəb Məcnunu yolundan döndərə bilmədi.

Rolan Bartın “Mətnin sıfır dərəcəsi” deyə bir kitabı var, yaza bilməyənlərə yazmaq öyrədir. Sənət dünyası da bacara bilməyənlərlə doludur. Rolan Bartla Nitsşeni qarşılaşdırsaq, aləm qarışar bir-birinə. Nitsşe deyirdi: “Fakt yoxdu, şərh var”.

Sənət (müvəqqəti) həyatın fani şərhdir. Ölüdüyünü bilənin (müəllifin) şərhidir. Yaşaya-yaşaya ölümü hiss edənin şərhidir. Sənət qlobal ümiddir.

Füzuli, Kafka, Dostoyevski, Spinoza, Məmmədquluzadə, Rafiq Tağı qəbirdən yazırdılar, amma heç biri ağlımıza xitab etmirdi; hisslərimizi tərbiyə etmək istəyirdilər, insan maskalanmış heyvandı, elmdə ona “human monster” deyirlər. Mədəniyyət hisslərin tərbiyəsidi.

Ağıl gerizəkalının kəşfidir, amma həm də ağıl yaşamaq uğrunda mübarizənin son məhsulu olduğu üçün yolun davamıdır. Duyğularımıza “əlvida” deməliyikmi?

Bu gün ən modern insanlar heyvani həyata can atır. İnsan olmaq yordu bizi. Cəhənnəm hiss etmədən yaşadığımız dünyadır.

Müəllifin ölümünə gəlincə, mən heç bir mətndə belə bir intiharla qarşılaşmamışam, hətta Bartın öz kitablarında da!

# 5726 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər