Argentinada Nizami haqda məqalə dərc edilib - Foto

Argentinada Nizami haqda məqalə dərc edilib - Foto
12 mart 2021
# 09:45

Argentinanın geniş oxucu kütləsinə malik “Clarin” qəzetində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880-ci illiyinə həsr olunmuş məqalə dərc edilib.

Kulis.az xəbər verir ki, müəllifi Argentina Respublikası İslam Mərkəzinin mədəni məsələlər üzrə katibi, professor Rikardo Elia olan, “Əqidəsinə görə sarayın dəbdəbəsindən imtina edən şair” başlıqlı məqalədə Nizami Gəncəvinin humanist və sosial islahatçı xarakterli dahi Azərbaycan şairi olduğu bildirilir və onun həyat və yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə”si haqqında məlumat verilir.

Müəllif 1924-cü ildə Nizaminin “Yeddi gözəl” poemasını ilk dəfə ingilis dilinə tərcümə edən ingilis mütəxəssisi Çarles Vilsonun istinad edərək, Nizaminin sözügedən əsərində poetik mənada işlətdiyi dərin məcazların izahının ustalıq tələb etdiyini bildirir.

R.Elia Nizami Gəncəvinin əsərlərinin onun yaşadığı dövrə qədər farsdilli ədəbiyyatın bütün nailiyyətlərini, Firdovsinin qəhrəmanlığı, Ömər Xəyyam fatalizmi və Sənai lirikasını özündə əks etdirdiyini, şairin bu zəngin və geniş ənənəni ensiklopedik bilik və dahiyanə şairlik istedadı ilə daha da genişləndirdiyini və onun düşüncələrinin yüksəkliyi və gözəlliyinin hələ də müqayisəsi olmadığını qeyd edir və Azərbaycan şairi haqqında Hafiz Şirazinin sözlərini əlavə edir: “Nizaminin sözlərindəki gözəllik müqayisəedilməzdir”.

Nizaminin saray deyil, xalq şairi olduğunu qeyd edən R.Elia Nizaminin xüsusilə qadınlara qarşı münasibət və yanaşmasının öz əsrinin adətlərinin tamamilə əksi olduğunu, onun əsərlərində qadınların güclü, zərif və kamil xarakterlərinin xüsusilə qabardıldığını, bu ənənənin hazırda da Azərbaycan Respublikasında davam etdirildiyini vurğulayır.

Məqalədə həmçinin Nizami fəlsəfəsinin rasional və liberal olduğunu, onun dünyaya, təbiətə, tarix, riyaziyyat, astronomiya, tibb elmi və Yunanıstan və Hindistan filosoflarının işlərinə olan marağın şairdə universialist və praqmatik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynadığı bildirilir və 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğu qeyd edilir.

# 2748 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər