1800 illik kəşf: "Hermes" heykəli

1800 illik kəşf:  "Hermes" heykəli
4 mart 2025
# 10:00

Antalyanın Aspendos antik şəhərində aparılan qazıntılar zamanı, təxminən, 1800 illik “Hermes” heykəli aşkar edilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin “Gələcək üçün irs" layihəsi çərçivəsində həyata keçirilən işlər zamanı aşkar edilən heykəl böyük marağa səbəb olub.

Heykəl üslub xüsusiyyətlərinə görə Roma İmperatorluğu dövrünə (eramızdan əvvəl II əsrin sonu - eramızın III əsrinin əvvəlləri) aid edilir.

Ellin mifologiyasında yolların, ticarətin, qonaqpərvərliyin, diplomatiyanın və astronomiyanın tanrısı kimi tanınan Hermes oğru və tacirlərin, sürülərin və çobanların qoruyucusu kimi də təsvir edilir.

Heykəlin sol ayağının yanında başı Hermes tərəfə çevrilmiş qoç fiquru var. "Hermes" heykəlinin tapıldığı ərazidə eşq və gözəllik ilahəsi Afroditaya və eşq tanrısı Erosa aid olduğu düşünülən başlar da çıxarılıb. Heykəllərin bölgəyə xas bədii üslubda işləndiyi və dövrün estetik anlayışını əks etdirdiyi müşahidə edilib.

Qeyd edək ki, 2024-cü ildə “Gələcək üçün irs” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı eyni bölgədən ov, canlılar, heyvanlar, təbiət ilahəsi Artemida və ədalət, tarazlıq, tale və intiqam simvolu olan Nemesisə aid olduğu düşünülən bədən hissələri də çıxarımışdı.

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər