101 yaşlı şair vəfat etdi

101 yaşlı şair vəfat etdi
24 fevral 2021
# 13:38

Amerikalı şair və naşir, beat nəslinin nümayəndələrindən sayılan Lourens Ferlinqetti vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şairin ağciyər xəstəliyindən vəfat etdiyi bildirilir.

Ferlinqetti 1919- cu ildə Nyu-Yorkda anadan olub. Atası o dünyaya gəlməzdən əvvəl vəfat edən, anası isə psixiatriya xəstəxanasına düşən Ferlinqettini xalası böyüdüb. Lakin 7 yaşı olanda xalası onu yanınmda işlədiyi qubernatorun evində qoyub qaçıb. Çətin uşaqlıq keçirtməsinə baxmayaraq o, ali məktəbə qəbul olub. 1941- ci ildə jurnalist olan Ferlinqetti sonralara könüllü Donanmaya gedib. 1950- ci ildə Avropadan ABŞ-a qayıdan Ferlinqetti Sna Fransiskoya köçərək burada dostu ilə birlikdə “City Lights” kitab mağazasını açıb. Mağaza gəlir gətirmədiyi üçün bağlandı. Amma yaradıcı və mədəni mühitdə xeyli məşhurlaşdı. Ferlinqetti şair Allen Ginsberqin Voy və digər şairlərin ilk naşiri olub.

Ginsberg və Ferlinqetti 1957-ci ildə ədəbsiz əsərlər yaymaqda günahlandırılaraq həbs olunub, lakin məhkəmə onlara bəraət verib. 1958-ci ildə Ferlinghetti ilk şeirlər toplusunu nəşr etdirib. Bu toplu bir milyon nüsxə satılaraq müəllifə dünya şöhrəti qazandırıb.

Naşir ümumilikdə 50-dən çox şeir toplusu və roman nəşr etdirib.

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər