“APA Holding”in təqdimatı keçirilib FOTOSESSİYA

“APA Holding”in təqdimatı keçirilib FOTOSESSİYA
16 noyabr 2012
# 18:03
Hər zaman yeniliklərə imza atan APA 8-ci ad günündə yeni yaradılan “APA Holding” MMC-nin təqdimatını keçirib. Təqdimat mərasimi holdinq haqqında filmin nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən APA-nın baş direktoru, “APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev şirkətin fəaliyyəti və yenilikləri barədə ətraflı məlumat verib. O, “APA Holding” MMC-nin bu il oktyabrın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini deyib: “Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi MMC (APA), “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, “Ekonomist” MMC, “APA SERVİS” MMC-lər daxildir. Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Holdinqin www.apaholding.azünvanlı saytı fəaliyyətə başlayıb”.

N. Quliyev qeyd edib ki, holdinqin yaradılması ilə əlaqədar, Vüsalə Mahirqizi APA-nın baş direktoru vəzifəsindən azad olunub. Həmin vəzifəyə indiyə qədər agentliyin baş direktorunun birinci müavini işləmiş Nurşən Quliyev təyin olunub. “Lent.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru Qabil Rüstəmov, “Vesti.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru Araz Zeynalov, “APASport.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru İxtiyar Əsgərov, “Ekonomist” MMC-nin baş direktoru Vüqar Mustafayev, “APA SERVİS” MMC-nin baş direktoru Eldəniz Vəliyevdir. “APA Holding”in prezidenti Vüsalə Mahir qızı Abışovadır. O bu vəzifəyə Direktorlar Şurasının 29 oktyabr 2012-ci il tarixli iclasında təsdiqlənib.

Bundan əlavə, “APA Holding”in peşə davranış kodeksi qəbul edilib. Kodeks doqquz bənddən ibarətdir. Sənəddə işçilərin peşə, həmçinin müəssisə daxilində davranış qaydaları müəyyənləşib”.

N. Quliyev “APA Holding”in Həmkarlar İttifaqı Komitəsinin yaradıldığını da diqqətə çatdırıb. “APA Holding” kollektivinin 2012-ci il noyabrın 2-də keçirilən ümumi iclasında bununla bağlı qərar qəbul olunub. APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəyli kollektivin qərarı ilə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Daha sonra toplantıda Komitənin Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Kollektivin qərarına əsasən, üzvlüklə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət qəbul olunub. “APA Holding” MMC-nin Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul edilib.

Tədbirin davamında çıxış edən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, 8 il öncə APA yaradılarkən əsas hədəflərdən biri də müəyyən illərdən sonra mətbuat sahəsi üzrə bir holdinqin yaradılması olub. O, APA-nın çalışqanlığı, istedadı, potensialı və istəyi nəticəsində buna nail olunduğunu vurğulayıb: “Bundan sonra da bu uğurları davam etdirəcəyik. Gələcəkdə oxuculara bir neçə yeni layihə də təqdim olunacaq. “Lent.az” saytı daha da böyüyəcək, genişlənəcək və Azərbaycanın ilk milli portalı olacaq. Oxucular istədikləri informasiya asan şəkildə oradan əldə edə biləcəklər.

Mən APA daxilində etik davranış kodeksinin qəbul olunması üzərində xüsusi dayanmaq istəyirəm. Bu, Azərbaycan mətbuatı üçün bir yenilikdir. Biz belə düşünürük ki, hər bir media orqanın özünün peşə davranış qaydaları olmalı və jurnalistlər də buna riayət etməlidirlər”.

Çıxışının sonunda “APA Holding”in prezidenti Vüsalə Mahirqızı onlara dəstək verən hər kəsə, oxuculara, xüsusilə kollektivin hər bir üzvünə təşəkkürlərini çatdırıb.

Bunun ardınca tədbirdə iştirak edən Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Zemfira Bünyatova üzlük vəsiqəsini “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və APA-nın baş direktoru Nurşən Quliyevə təqdim edib.

Təqdimat mərasiminin sonunda tort kəsilib.
# 1807 dəfə oxunub

Oxşar xəbərlər

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda

17:55 18 sentyabr 2024
Şuşada güllələnmiş heykəllər ziyarət olunub

Şuşada güllələnmiş heykəllər ziyarət olunub

17:20 18 sentyabr 2024
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

16:25 18 sentyabr 2024
Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı

Yığmanın qələbəsinə imkan verməyən nədir? - Aytən Sakitqızı

15:53 18 sentyabr 2024
Sənət adamları:  "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham

Sənət adamları: "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham

15:30 18 sentyabr 2024
Rəşad Məcid:  "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"

Rəşad Məcid: "Elza xanımı AYB-yə çağırıb müzakirə aparacağıq"

13:00 18 sentyabr 2024
#
#
# # #