"Breaking bad" serialında "Uolter Uayt-Cunior" obrazını canlandıran Ar-Cey Mitti dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, 34 yaşlı aktyor intihar edib.
Mitti sözügedən ekran işində baş qəhrəman Uolter Uaytın böyük oğlunu canlandırıb.
O, 2008–2013-cü illərdə yayımlanan serialın beş mövsümündə də iştirak edib.
Personajı kimi Mitti də uşaqlıqdan serebral iflicdən əziyyət çəkib, lakin aktyorun xəstəliyinin forması daha yüngül olub.
Roluna hazırlaşarkən o, əsa ilə hərəkət etməyi öyrənib və nitqini dəyişdirib.
Qeyd edək ki, aktyorluq karyerası ilə yanaşı, Mitti model kimi fəaliyyət göstərib və əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə məşğul olub.