Cəmil Həsənli Vahid Qazının kitabı haqqında
5 sentyabr 2011
16:05
Kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı məqalə və esseləri daxil edilib. Annotasiyasında yazıldığı kimi kitab oxucunu müxtəlif coğrafi məkanlarla yanaşı, müəllifin rastlaşdığı fərqli ictimai, siyasi, tarixi, psixoloji situasiyalarla da tanış edir: “Yaddaş ləpirləri. Demokratiya yazıları”nda toplanan esselərin, məqalələrin izinə düşüb dünyanın dörd bir yanına getmək olar. Amma yol axırda gətirib eyni ünvana çatdıracaq səni. Bu dalğa səni Bosniyadan Cənubi Afrikaya, Krımdan Polşaya, Ukraynadan Qırğızıstana, Özbəkistandan Amerikaya aparıb eyni sahilə çıxaracaq. Ağdamdan Ağdərəyə, Şuşaya yön alıb yenə eyni yerə gələcəksən. Bu ünvan, bu sahil, bu yer – azadlıq dəlisi insandır. Sənsən, əziz oxucu...”
“MHS – poliqraf” nəşriyyatında işıq üzü görən kitabı Bakının kitab mağazalarından almaq olar. Professor Cəmil Həsənlinin kitaba yazdığı “Qəm naxışları” adlı ön sözü diqqətinizə təqdim edirik.
Qəm naxışları
Cəmil HƏSƏNLİ,
tarix elmləri doktoru, professor
Qələmindəki dərdlə oxuculara çoxdan tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” əlyazmasını vərəqlədim. Müəllifin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxuculara nə təqdim edəcəyi mənim üçün maraqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər təəssüratlarının maraqlı müşahidələri, ev içində olan söhbətlərin bayırlıq tərəfləri müəllif təhkiyəsində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mənim üçün maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində qurulması idi. Başımıza gələn müsibətlərin ən faciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiyyatımıza, bütövlükdə milli həyatımıza, yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib.
Hərdən mənə elə gəlir ki, bu faciə toylarımızda, şənliklərimizdə Azərbaycan gəncinin, qızının, gəlininin və hətta ziyalısının “Yanıq Kərəm”ə qol açıb oynadığı gündən başladı. Kərəm tarixə yanmaq nümunəsini verdi, biz isə onun hələ bu gün də qövr edən dərdinin külü üstündə rəqs edirik. Bir vaxtlar axına qarşı gedənləri Kərəm kimi yanmaqla qorxudurdular. Vahid Qazinin əlyazmasını oxuyanda istər-istəməz Nazim Hikmətin həmişəyaşar bir şeiri yadıma düşdü:
– Sen kendi sesinle kül olursun ey!
Kerem gibi yana yana...
“Deeeert çok,
hemdert yok”
Yüreklerin kulakları sağır...
Hava kurşun gibi ağır...
Ben diyorum ki ona:
– Kül olayım
Kerem gibi yana yana.
Ben yanmasam
sen yanmasan
biz yanmasak,
nasıl
çıkar
karanlıklar
aydınlığa…
Kitabda yer alan yazıların coğrafiyası və mövzusu çox geniş olsa da, bütövlükdə bu kitab öz əriş-arğacı, öz həşyələriylə dərdin ilmə-ilmə toxunduğu Qarabağ xalısıdır – oxucunu keçmişin bəxtəvər günlərinə qaytaran, bugünkü dərdimizin rəng çalarlarından aynalanan Qarabağ xalısı.
Ayrılığın, həsrətin uzunluğundan yaddaşı korşalmış insanlarımızın, Qarabağın gözəlliklərini gözləri ilə görməyən bugünkü gənclərin yurd həsrətindən mayalanmış belə kitablara böyük ehtiyacı var. Kitabda yer alan “Ölü şəhərlər muzeyi”, “Partlamayan minaların serenadası”, “Qəmli gözlərin süitası”, “Açılmayan süfrənin qonağı” və digər yazılar öz orijinallığı, səmimiliyi, dərd yükünə görə oxucunu sehrinə salır.
Kitabda yer alan məqalələrin coğrafiyası çox genişdir. Şimali Amerikadan tutmuş Cənubi Afrikaya qədər iştirakçısı olduğu tədbirlərin qayəsi, gəzdiyi, gördüyü yerlərin mənzərəsi, yol yoldaşı olduğu adamların mənəvi dünyası Vahid Qazinin sətirləri arasından çox canlı görünür. Kitab axtarışlar üzərində qurulub: müəllif olduğu hər yerdə ədalət, vətənində isə bütövlük və demokratiya axtarır. Bu baxımdan oxuculara təqdim edilən “Ağ Rusiyanın qara taleyi”, “Rusiya səfirinə məktub”, “Sus-maq hüququ”, “Demokratiyanın yarımçıq təbəssümü” və digər yazılar kitabı kifayət qədər maraqlı edir.
Maraqla oxunan daha iki yazı diqqəti cəlb edir. “Bekar(a) ömür” və “Özünü axtaranlar ölkəsi və ya maydan sonra gələn aprel”. Ölkəmizin 23 aylıq şərəf nümunəsi olan Xalq Cümhuriyyəti tariximizə müasir baxış ikinci yazının qayəsini təşkil edir. Müasir mədəniyyətimizə baxış, qədim türk yaddaşına, adətinə, ənənəsinə və tarixinə həsr edilmiş bir filmə üç milyonluq bir türk şəhərində üç tamaşaçının tapılmaması, doğrudan da, həyəcan təbilidir. Bu təbili çalanlardan biri də Vahid Qazi və onun oxu-culara təqdim edilən “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabıdır. Qəm naxışlarından toxunmuş Qarabağ xalısı – bir kitab...

1813 dəfə oxunub
Oxşar xəbərlər
Azərbaycanın Xalq artisti vəfat etdi
00:10
26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur
18:49
25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ
17:35
25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
16:13
25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub
15:55
25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə
15:22
25 noyabr 2024