Nobel Fondu mükafatın məbləğini artırıb.
Kulis.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yer alıb.
Bildirilib ki, Nobel mükafatının hər kateqoriya üzrə məbləği 1 milyon İsveç kronu artırılaraq 12 milyon krona (təxminən 1,2 milyon dollar) çatdırılıb.
Qərar mükafatın təsis edilməsinin 125-ci ildönümü ilə əlaqədar qəbul edilib.
Nobel Fondunun icraçı direktoru Hanna Stierne bildirib ki, mükafatın məbləğinin artırılması Nobel mükafatının uzunmüddətli əhəmiyyətinin qorunmasına və onun maliyyə dəyərinin zamanla saxlanılmasına xidmət edir.
Qeyd edək ki, 2026-cı il üzrə Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.
Nobel Sülh Mükafatı uğrunda isə bu il 287 namizəd mübarizə aparacaq.