“Yalnız psixoloqlar Berluskonini izah edə bilər” - MÜSAHİBƏ

“Yalnız psixoloqlar Berluskonini izah edə bilər” - MÜSAHİBƏ
15 aprel 2011
# 16:00
Beppe Severgnini dünyaca tanınmış italyan jurnalistidir. Kulis-az xəbər verir ki, İtaliyanın nüfuzlu qəzetlərində (“il Giornale”, “la Voce”) çalışmış Severgnini hazırda "Il corriere della sera" qəzeti üçün məqalələr yazır. 2004-cü ildə o, ilin ən yaxşı Avropalı jurnalisti seçilib. Severgninin ötən il nəşr olunan, İtalyanın baş naziri Silvio Berluskoni haqda yazdığı “Berluskoni ilə sağ qalmaq” (“La pancia degli italiani. Berlusconi spiegato ai posteri”) kitabı dünyada maraqla qarşılanıb. Müəllif kitabında 10 faktor vasitəsilə Berluskoni fenomenini izah etməyə çalışıb.

- Cənab Severgnini, kitabınızda yazırsız ki, italyan xalqı ölkəsinin siyasətini “başqa bir planetin” siyasəti kimi qəbul edir. Bunu necə izah edərdiz?

- Əgər İtaliyanı başa düşmürlərsə, deməli Berluskonini anlamırlar və ya əksinə - Berluskonini anlamırlarsa, deməli İtaliyanı dərk etməyiblər. Bütün italyanların içində bir az kiçik Berluskoni var. O bizim törətmədiyimiz günahları bağışlayır. Həqiqi rəhbər-şəxsiyyət cəsarəti qeyri-populyar etməməlidir. Berluskoni isə bu keyfiyyətə malik deyil. O, əksinə keçirilən sorğulara əsaslanaraq öz istiqamətini müəyyən edir. O həmişə italyan ictimaiyyətinə onların eşitmək istədiklərini danışır. O, sevilmək istəyir. Onun demək olar ki, bununla bağlı patoloji istəyi var. Bu məsələnin kökünə gedə bilmək üçün psixoloqlara ehtiyac var, yalnız bu halda onun davranışı izah edilər.

- Berluskoni indiyədək bütün mümkün qalmaqalların qarşısını az və ya çox dərəcədə uğurla ala bilib. 18 yaşlı model Noemi Letzianın ad günündən tutmuş villalarındakı şübhəli partilərədək. Sizcə, “Rubi məsələsi” digər qalmaqallardan fərqlənir? (Berluskoni əslən Mərakeşdən olan, Rubi adı ilə tanınan rəqqasə Kərimə əl Mahruqla – bir neçə il əvvəl o yetkinlik yaşına çatmamış cinsi əlaqədə olduğuna görə ittiham edilir-Tərcüməçinin qeydi)

- Berluskoninin villasındakı parti heç bir halda şübhəli deyildi. Orda baş verənlər aydındır. Söhbət elə bir şənlikdən gedir ki, baş nazirə belə demokratiya yaraşmır. Bu boş bir şey deyil, çünki baş nazirin həm də cəmiyyətdə nümunəvi funksiyası olmalıdır. Amma Rubi qalmaqalı əvvəlkilərdən fərqlənir.

- Niyə?

- Birincisi, o dövrdə Rubi azyaşlı idi. Bu o deməkdir ki, Berluskoninin üzərində az yaşlı qızla ilə münasibətdə olmasına görə ittiham var. İkincisi, onun çevrəsindən olan üç şəxs fahişəliyə yardımçı olduqları üçün günahlandırılır: Berluskoninin himayəsində olan TG 4 kanalının xəbərlər bölməsinin şef-redaktoru Emilio Fede, rejissor, menecer Lele Mora və siyasətçi Nikole Minetti. Bu yeni və utandırıcı bir şeydir. Həm də tədricən ortaya çıxdı ki, Berluskoni gənc qızların yanında müntəzəm əylənirmiş.

- Nədən bu dəfə tənqid Berluskonidən yan keçdi və hətta kilsə susdu?

- Çünki italyan siyasəti çox güclü qruplar vasitəsi ilə müəyyənləşdirilir. Sağ-mərkəzçilər, yəni Berluskoninin tərəfdarları sollara elə nifrət edirlər ki, onları bütün pisliklərin içinə sadəcə sıxışdırırlar. Berluskoni bu insanların bir qismi ilə şübhəsiz ki, abırsızlığın bütün sərhədlərini aşdı və həm də çox güman ki, özünün seçicilərinin bir hissəsindən məhrum oldu. Amma hələ nifrət, ikrah adlı ikinci sərhəd də var. Hazırda Berluskoni bu sərhədlər arasındakı kimsəsiz ölkədə yerləşir.

- Berluskoni qalmaqalı adlayacaqmı?

- O, vəziyyətə uyğunlaşa bildi. Berluskoni son dərəcə dözümlüdür. Problem hər şeydən əvvəl İtaliyada siyasi alternativlərin yoxluğundadır. İtalyan solçuları parçalanıb. Hərçənd çox italyanların yəqin ki, Berluskonidən xoşları gəlmir. Amma onlarda belə hiss var ki, Berluskoni ümumiyyətlə nəyisə əldə edə biləcək yeganə siyasətçidir. Biz burda xoşagəlməz qalmaqala bulaşan uğurlu hökumət haqda danışmırıq. Problemin kökü bayaq dediyim kimi italyan partiya landşaftındakı alternativsizlikdədir. Mən kitabımda bunu Marqaret Tetçerin dediyi kimi “T.I.N.A.-Faktor” (“There Is No Alternative” - lternativ mövcud deyil) adlandırmışam.

- Nə dəyişməlidir?

- Siyasətin yeni rəhbərə, şəxsiyyətə ehtiyacı var. Mənim bunu bacaracaq iki nəfərdən xoşum gəlir. Florensiyalı bələdiyyə başçısı Matteo Renzi və Apulien bölgəsinin rəhbəri Nichi Vendola. Hər ikisi gənc və xarizmatikdir. Amma Renzi bütün sol düşərgədə antipatiya ilə üzləşir, Vendolanın isə ölkənin şimalında durumu yaxşı deyil. Bundan başqa müxalifətin proqramı yoxdur. Onlar hər məsələ ilə bağlı dalaşırlar. Müxalifət düşərgəsini bir-birinə bağlayan tək şey Berluskoniyə qarşı antipatiyadır. Xalqa isə bu tamamilə plansız görünür və təbii ki, onların müxalifətə güvən duyğusunu sarsıdır. İtalyan xalqı o qədər tez-tez məyus olur ki, o, artıq illüziyalara özünü fəda etmir. Əgər söhbət siyasətdən gedirsə, mənim tanıdığım İtaliya abırsız ölkədir. İtalyanlarda reallıq hissi güclü olduğundan onlar artıq demək olar ki, abırsıza çevriliblər. Belə reallıqda italyanlarla yalnız çinlilər yarışa bilər.

- Siz kitabınızda yeni əxlaq sahibi olan gənc italyan nəslini təsvir etmisiz. Bu nəsil necə görünür?

- Bəli, belə yeni nəsil var. Fəqət, onlar çoxluqda deyil. Əhəmiyyətli olan intellektual azlıq ölkəni tərk edir. Çox italyan gənci ölkəsində öz gələcəyini görmür. Bu dramatikdir. İtalyanın Almaniya kimi ölkələrin ali məktəblərində məzun olan nə qədər gənci var. Onların nəyisə dəyişə bilmək hissi yoxdur. Biz indi gənc insanların böyük bir diasporundan danışırıq. Bir dəfə televiziya proqramında gənc bir qadın Berluskonidən soruşdu ki, onlar İtaliyada belə vəziyyətdə bir ailənin əsasını necə qoya bilərlər? O cavab verdi ki, varlı olanda ailə qurulmalıdır. Bu davranışıyla göstərdi ki, o İtaliyanı qoca sinik hesab edir. Həmin qadın inqilab etmək istəməyəcək.

- Siz Berluskoninin idarəetmə üsulundan danışarkən tez - tez şou-maqazinə aid meraforlardan istifadə edirsiz. İtalyan siyasətinə görə, dəyərləndirillmək üçün siyasət həm də əyləncəli olmalıdır. Bu baxımdan Berluskoni hətta bəlkə Avropa hökumət başçıları üçün bir nümunədir?

- Avropa siyasətçiləri Berluskoniyə diqqətlə baxmalıdırlar. Hərçənd mən inanmıram ki, hansısa ölkə yeni bir Berluskoni yetişdirə bilər. Çox güman ki, təkcə İtaliyada deyil, bütün dünyada siyasət həmişə daha çox şou biznesdir. Qərb demokratiyasının vətəndaşları kimi seçəcəklərinə tez qərar verirlər. Qərar tələsik verilir və daha çox hissə əsaslanır. Və əgər siyasətçi bu hisslərə toxuna, necə deyərlər məhsulunu sata bilirsə, o zaman çox səs toplayır. Berluskoni öz dövrünü qabaqlayaraq “makler”liyi və televiziya prodüserliyini öyrəndi. Əgər siyasətçi insanların hisslərindən öz məqsədi üçün istifadə edə bilirsə, daha irəli gedir. Berluskoni isə bu işin ustasıdır.


Almaniyanın “Zeit” qəzetindən Sevda Sultanova çevirdi
# 1744 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #