"Yuğ" Teatrı "Evdə qal" çağırışına qoşuldu

"Yuğ" Teatrı "Evdə qal" çağırışına qoşuldu
7 aprel 2020
# 09:37

Azərbaycan Dövlət “Yuğ” Teatrı “Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, sənət ocağının əməkdaşları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən həyata keçirilən tədbirlərə fəal şəkildə qoşulur və Nazirlər Kabinetinin qərarlar və tövsiyələrinə ciddi riayət edirlər.

Teatrın kollektivi pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün görülən tədbirlərə qoşularaq, insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, evdən çıxmadan teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır. Minimal resurslar çərçivəsində mümkün olduğu qədər teatrın tamaşaları “evdəqalteatrsızqalma” həştağı ilə sosial şəbəkələrdə paylaşılır. Aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Həftədə 2 dəfə sənət ocağının “Facebook”, və “Youtube” hesablarında tamaşaların vieoları paylaşılacaq. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunacaq.

# 3303 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
Məşhur aktyordan süni intellekt açıqlaması

Məşhur aktyordan süni intellekt açıqlaması

15:30 23 sentyabr 2026
Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

15:04 23 sentyabr 2026
Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

14:30 23 sentyabr 2026
Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

14:00 23 sentyabr 2026
1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

13:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər